Postmodern cəmiyyətdə kitab media

 

Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunan “Postmodern cəmiyyətdə kitab media milli identifikasiyanı təmin edən vasitə kimimövzusunda tədbir keçirilib.

Kitabxananın beynəlxalq ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 141 illik yol keçmiş Azərbaycan jurnalistikası barədə məlumat verib, mətbuat kitab mövzusunun bu gün aktual olduğunu vurğulayıb.

Tədbirdə mühazirə ilə çıxış edənYeni Azərbaycanqəzetinin baş redaktoru, Əməkdar jurnalist, Milli Məclisin deputatı Hikmət Babaoğlu qloballaşan dünyada başlıca idarəetmə vasitəsi olan informasiyanın milli dəyərlərin formalaşmasına ciddi təsir etdiyini söyləyib. Bildirilib ki, hər bir ölkənin milli mətbuat məkanının təhlükəsizliyinin təmin olunmasının milli maraqlar baxımından prioritet istiqamət olduğunu bildirib.

MEK-in direktoru Leyla İmanova Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib, MEK-in informasiyanın faydalı və idarəolunan resursa çevrilməsi istiqamətindəki fəaliyyətindən söz açıb.

 

Mədəniyyət.-  2016.- 22 iyul.- S. 13.