Ərəbdilli
televiziyada Azərbaycan musiqisi
ilə bağlı sənədli film
yayımlanıb
Ərəb
ölkələrində yayılan “Al Mayadeen” televiziya
kanalında “Ethnopholia” adlı sənədli
filmlər silsiləsində Azərbaycan musiqisi
ilə bağlı çəkilmiş üçseriyalı
sənədli filmin birinci
seriyası yayımlanıb. Film Azərbaycan
muğamına, onun ifaçılarına
və musiqi tədrisinə həsr edilib.
“Ethnopholia” silsilə sənədli filmlər verilişini məşhur livanlı müğənni
Abeer Nehme aparır. O,
müxtəlif ölkələrin milli
musiqilərindən ibarət sənədli filmlər
hazırlayır. Müğənni keçən
il Azərbaycanın Fransadakı səfirliyinin,
Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam
Mərkəzinin dəstəyi ilə Bakıda olub,
muğam, aşıq və caz musiqisinə dair üç hissədən ibarət sənədli
film hazırlayıb. Filmin
musiqi tərtibatçısı və koordinatoru Fransada yaşayan həmyerlimiz Aytən Muradovadır.
Azərbaycan
musiqisinə məftun olan Abeer
Nehme Bakı səfərindən sonra “Küçələrə su səpmişəm” və “Getmə-getmə”
mahnılarını repertuarına daxil edib. O, filmdə “Sarı gəlin”
mahnısını da ifa
edir.
“Ethnopholia” sənədli filmlərinin musiqi məsləhətçisi Alen Veber artıq neçə
illərdir ki, Azərbaycan musiqiçilərinin
ifalarını Fransada, eləcə də
Hindistanda, Mərakeşdə, Belçikada özünün
iştirak etdiyi musiqi festivallarının proqramına daxil edir.
Bu ilin mayında kanon (qanun)
ifaçısı qızlardan ibarət “İnci”
ansamblı ölkəmizi Mərakeşdə Fes
festivalında təmsil edib.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 15.