"Xalçaçılıq
sənətini yaşadaq"
İyulun
21-də Siyəzən rayon Mədəniyyət
Mərkəzində "Xalçaçılıq sənətini
yaşadaq" adlı dəyirmi masa keçirilib.
Tədbiri
giriş sözü
ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri
Z.Qədirli açaraq 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil
olan Azərbaycan xalça
sənətinin zəngin tarixi və ənənələrinin
olduğunu bildirib.
Rayon
İcra Hakimiyyətinin məsul işçisi Aqil
Əbdulov, Mədəniyyət mərkəzinin müdiri Ziyadə Dadaşova
müasir dövrdə
xalçaçılığın inkişafından və təbliği
məsələlərindən söz
açıblar. Tanınmış xalçaçı, “Fəridə”
MMC-nin rəhbəri Fəridə Mahmudova bu sahədə fəaliyyətindən,
xidmətlərindən bəhs edib.
Tədbir diskussiya şəklində
davam edib. Sonda Fəridə Mahmudovaya
rayonun mədəni və ictimai həyatında fəal iştirak etdiyinə görə Mədəniyyət
və Turizm şöbəsinin rəhbərliyi
tərəfindən hədiyyə
təqdim olunub.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 15.