Kitabxananın “Yay məktəbi”ndə bədii qiraət müsabiqəsi

 

Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Yay məktəbi” silsiləsində “Azərbaycanı sev və öyrən” mövzusunda bədii qiraət müsabiqəsi keçirilib.

Açıq havada keçirilən tədbirdə Qazax şəhər məktəbliləri, fəal oxucular, valideynlər və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə müxtəlif başlıqlı sərgilərdə 300-dən çox kitab nümayiş etdirilib. Metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev və digər çıxış edənlər mütaliənin uşaq və yeniyetmələrin həyatında mühüm rol oynadığını qeyd edib.

Müsabiqədə iştirak edən şagirdlər Azərbaycan tarixinə, dilinə, mədəniyyətinə, qəhrəmanlara həsr olunmuş şeirlər söyləyiblər.

Münsiflər heyətinin qərarına əsasən şəhər 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Aişə Vəliyeva, Mehdi Hüseyn adına məktəb-liseyin 4-cü sinif şagirdi Nəzrin Şəkilova 2-ci, məktəb-liseyin 8-ci sinif şagirdi Rəqsanə Mehdiyeva 3-cü yerə layiq görülüblər.

Sonda uşaqlarKim çox tapmaca bilir” adlı viktorinada iştirak ediblər və sərgilərdəki kitablarla tanış olublar.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 15.