Mədəniyyət firavanlığın texnoloji amili kimi

 

Mədəni inkişaf səviyyəsi əhalinin adambaşına istehsal olunmuş enerjionun istifadəsinə işlədilən texnoloji vasitələrin effektivliyi ilə müəyyənləşir

 

Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında önəmli rol oynayır. O, bir yandan mədəniyyəti, mədəniyyət tarixini, başqa yandan insanın ona təsirini və əks-təsirini öyrənir.

Kulturologiya elm kimi XX əsrin başlanğıcında meydana gəlib. Onun yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynayıb.

İlk dəfə olaraq Uayt yaratdığı nəzəriyyəsini «kulturologiya» adlandırıb. Onun bu araşdırması «insan və mədəniyyət» anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Alimin 1949-cu ildə nəşr olunmuş «Mədəniyyət haqqında elm» kitabı mədəniyyət və onun qeyri-adi imkanları barədə yeni, daha yüksək səviyyəli təsəvvürlərin yaranmasına nədən olub. O, humanitar biliklər sahəsində yeni ənənələrin yaranmasına təsir edərək, ictimai elmlərin inkişafına öz zəngin töhfəsini verib.

Uayt mədəniyyətin, özünəməxsus prinsip və qanunauyğunluqlarının təsvir olunduğu fenomenlər ardıcıllığından ibarət olması haqqında energetik konsepsiyasını yaradıb. O, mədəni elementlərin qarşılıqlı təsirini və ya bütövlükdə mədəniyyət sistemlərini təhlil edərək, insanı müxtəlif mədəni ənənələrin məcmusu kimi xarakterizə edir. Bu isə insan mədəniyyəti inkişafının tarixi qanunauyğunluqlarının diqqətlə nəzərdən keçirilməsinə imkan verir.

Mədəniyyəti bütöv, mütəşəkkil sistem kimi nəzərdən keçirən Uayt, onu bir-birinə qeyri-bərabər təsir gücü ilə əlaqədar olan üç alt sistemə ayırır: texnoloji, sosialideoloji. Texnoloji (ilkin, əsas, baza) - insanın çevrəyə uyğunlaşması ilə bağlıdır. Bura əmək alətləri, yaşayış vasitəsi, tikinti materialları, mühafizə və hücum vasitələri və s. daxildir. İdeolojiyə - ideya, biliketiqadlar, sosiala - kollektiv davranış tipləri aiddir.

Mədəniyyətin inkişafı üçün açar olan texnoloji alt sistemlərin fəaliyyəti dinamikenerji xərcləri ilə əlaqədar olaraq, mədəniyyətin materiyaenerji baxımından izah edilməsinə imkan yaradır. Uayta görə, həyati tələbatların ödənilməsindən ibarət olan mədəniyyət funksiyası texnoloji yolla yetərincə enerji əldə edib, insanın maraqlarına uyğun istifadə etməkdir. Uayt mədəniyyətin inkişafının əhalinin il boyu adam başına işlətdiyi enerjinin miqdarı ilə qanunauyğunluğunu ortaya çıxarır. Alim mədəniyyətin inkişafını səciyyələndirən üç universal amil müəyyən edir: əhalinin adam başına istifadə etdiyi enerjinin miqdarı; insan inkişafı üçün enerji istifadəsinə yardımçı olan texnoloji vasitələrin effektivliyi; insanın tələbatlarının ödənilməsi üçün yaradılmış xidmət və əşyaların həcmi.

Bunların təhlili nəticəsində, o, mədəniyyətin rolunu firavanlığın texnoloji amili kimi üzə çıxarır. Bununla bağlı elmi ədəbiyyata düşən “Uayt qanununa görə, mədəniyyətin inkişaf səviyyəsi əhalinin adambaşına istehsal olunmuş enerjionun istifadəsinə işlədilən texnoloji vasitələrin effektivliyi ilə müəyyənləşir.

Uayt mədəniyyəti insanın bioloji təbiətindən yüksəkdə duran «yeni dünya» kimi kəşf etməklə, elmdə yeni addım atdı. Onun araşdırmalarının köklü nəticələrindən biri o idi ki, insanın mədəniyyəti dəyişdikcə davranışı da dəyişir.

Alim mədəniyyətin öyrənilməsi üçün antik müəlliflərin, eləcə də Taylor, Morqan, İbh Həldun, Kant, Herders. alimlərin sosial təkamül nəzəriyyəsinə aid yanaşmalarına dayanaraq özünün ardıcıl pilləli inkişaf prinsipinə əsaslanan, yeni metodologiyasını yaradıb. O, təkamül, məntiqi və tarixi təhlil prinsiplərini rəhbər tutaraq, bütöv sistem olan mədəniyyətin araşdırılmasını üç prosesə ayırır: hadisələrin nadir xüsusiyyətlərinin xronoloji ardıcıllığını əks etdirən zamanla bağlı proses; hadisələrin işlək, quruluşzamandan xaric istiqamətdə təqdim edildiyi formal proses; hadisələrin ümumi xüsusiyyət, universallıqlarını aşkarlamağa imkan verən, proqressiv formaların zaman ardıcıllığı şəklində təqdim edildiyi formal-zamani proses. Buna uyğun olaraq, o, mədəniyyəti üç üsulla izah edir: tarixi, funksional, təkamül.

Həyat Uaytın kəşfinin düzgünlüyünü, onun yaratdığı ənənəvi humanitarsosial elmlərin imkanlarından qırağa çıxıb, elmipraktik problemlərin keyfiyyətcə yeni səviyyədə həll edilməsinə imkan verən kulturologiya elminin dəyərini sübut edib. Alim etnologiya, antropologiya, psixologiyasosiologiya üzrə materialların məntiqi analizsintezi əsasında, yerli mədəniyyətlərin təhlilindən bəşəri mədəniyyətin inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə doğru yol açıb.

Onun böyük xidməti ondan ibarətdir ki, kulturologiyanın predmet sahəsini müəyyənləşdirib, mədəniyyət haqqında elm olan «kulturologiya» termininin istifadəsini əsaslandırıb, təkamül prosesini yenidən dəyərləndirib, elmə mədəniyyətin yeni anlamını gətirib və bəşəri mədəniyyətin bütöv sistem kimi öyrənilməsinə imkan verən sistemli yanaşma ortaya qoyub.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 15.