Azərbaycan musiqi
ruhu Londonun caz klublarında
Elçin Şirinov
iki məkanda konsert proqramı ilə çıxış
edib
Tanınmış pianoçu Elçin Şirinov Londonun iki caz məkanında
- “The Spice of Life” və “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış
edib. Caz musiqisi gecəsi
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı
ilə baş tutub.
Xalq musiqimizin zəngin ənənəsindən bəhrələnən
Elçin Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərindəndir. TEAS-dan bildirilib ki, “The Spice of
Life” klubunda reallaşan
konsertə Elçin Şirinovun ifasına yaxşı bələd olan iki musiqiçi
- italiyalı bas gitaraçı
Andrea Di Bias və britaniyalı
zərb ifaçısı
Con Skott da qatılıb. İki ildən
artıqdır ki, Elçin Şirinov onlarla sıx əməkdaşlıq edir.
Skottun Azərbaycanın
xalq mahnısı “Durna”nı zərb
alətlərində məharətli
ifa etməsi Elçin Şirinovun çevik improvizasiyası
ilə dəstəklənib.
O, pianoda tempi daha da artıraraq həyəcanın yüksək
dərəcəsinə çatmağa
müvəffəq olub.
İfa zamanı Elçin Şirinov həm Skott, həm də Di Biasa mümkün qədər sərbəst şəkildə
improvizasiya üçün
yer ayırıb.
Gecədə Azərbaycan xalq mahnısı “Sarı gəlin” də ifa edilib. Skottun təqdimatındakı əzəmətli və davamlı templə başlayan bu kədərli melodiya zəngin variasiyalar və basın müşayiəti ilə
yekunlaşır və
tam sükutda oturan bütün auditoriyanı
sanki ovsunlayır.
Elçin Şirinov Londondakı konsertini Qara Qarayevin “Yeddi gözəl” baletindən
“Vals”ı öz aranjimanında ifa edib.
Sakit tempdə ifa olunan məşhur melodiya Skottun poliritmik zərb ifası ilə dəstəklənir. İfanı
yekunlaşdırandan sonra təsirlənmiş
auditoriya musiqiçini
“bravo” deyərək alqışlayıb.
Londonda
keçirilən hər iki konsertin yekun nəticələri
barədə danışan amerikalı pianoçu
Bred Mehldaun deyib ki, Elçin
Şirinov trionu idarə
etmək üçün çox
gözəl hissiyyata malik
musiqiçidir. Xüsusilə o, musiqidə piano və bas gitara üçün
ayrı-ayrı yerlər tapır, basın çaldığı
heç bir kənar
hissələri ifa etmir.
Mədəniyyət.-
2016.- 22 iyul.- S. 16.