“Sarı gəlin” mahnısı Tayvanda səsləndirilib

 

Ənənəvi olaraq hər il yay aylarında Tayvanda Yi-lan beynəlxalq uşaq folklorufolklor oyunu üzrə festival keçirilir. Sinshuy çayının sahilində təşkil olunan bu festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir. Festival ictimaiyyətin, xüsusilə də uşaqların, gənclərin milli mədəniyyət barədə anlayışını inkişaf etdirmək məqsədi daşıyır.

İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 11 nömrəli musiqi məktəbi və Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Butafolklor qrupunun üzvləri təmsil edir.

İdarədən bildirilib ki, ABŞ, Kanada, Rusiya, Yaponiya, Meksika, Filippin, İndoneziya, Koreya Respublikası, İran, Hindistan, Slovakiya, Argentina, Braziliya, Venesuela, Kolumbiya, Gürcüstans. ölkələrdən gələn müxtəlif kollektivlərlə yanaşı, Azərbaycanın “Aysel-Butafolklor qrupunun çıxışları, milli rəqslərimizin və xüsusilə də “Sarı gəlin” mahnısının ifası xarici tamaşaçıların böyük marağına səbəb olubonlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb.

Qeyd edək ki, avqustun 15-dək davam edəcək festivalda çıxışlarla yanaşı, iştirakçı ölkələrin Tayvanın mədəni həyatı ilə tanış olması üçün yerli ekskursiyaqrup gəzintiləri kimi bir sıra mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 16.