Beynəlxalq
multikulturalizm yay məktəbi
başa çatıb
Xəbər
verildiyi kimi, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM) və Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu tərəfindən
“Multikulturalizm Azərbaycanda həyat tərzi
kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq
multikulturalizm yay məktəbi
təşkil olunub.
İyulun
25-də Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini
məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdulla yay
məktəbinin iştirakçıları ilə görüşüb.
Görüşdə
18-24 iyul tarixində yay
məktəbi proqramının Qəbələ,
İsmayıllı, Şəki, Qax, Oğuz rayonlarında, o
cümlədən Nic, Lahıc, İvanovka kəndlərində keçirilən
tədbirlərdən söz
açılıb. Bildirilib ki, multikulturalizm
məktəbi vasitəsilə Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna,
İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmənin 16
universitetindən 31 xarici tələbə
Azərbaycan multikulturalizmini öz gözləri ilə görmək
imkanı əldə ediblər.
Görüşdə
litvalı tələbə Salomeya Lukaite və yunanıstanlı Dimitrios
Asproulis öz təşəbbüsləri
ilə yaratdıqları “Azərbaycanın gənc
dostları” beynəlxalq klubu barədə
məlumat veriblər. Azərbaycanın gənc dostları”
beynəlxalq klubunun yenicə fəaliyyətə
başlayan internet
saytı (www.youngfriends.az) da
diqqətə çatdırılıb.
Dövlət
müşaviri Kamal Abdulla təşəbbüsü yüksək
dəyərləndirib və klubu yaradanlara təşəkkürünü bildirib. Həmin gün əcnəbi
tələbələr İçərişəhərdə
gəzintidə olublar. İyulun
26-da beynəlxalq multikulturalizm yay məktəbi başa
çatıb.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 3.