Xalça Muzeyi
qazaxıstanlı qonaqlarda zəngin təəssürat
doğurub
İyulun
26-da Qazaxıstanın Prezident
Kitabxanasının icraçı direktoru
Beysembay Jumabekov Azərbaycan
Xalça Muzeyində olub.
Qazaxıstanlı
qonaqlara qədim xalça
sənətimiz, milli xalça
məktəbləri barədə geniş
məlumat verilib. Muzeyin qeyri-adi
görünüşü,
ekspozisiyanın quruluşu, bədii tərtibatı,
xüsusi monitorda nümayiş olunan “Azərbaycan
xalçaları dünya
kolleksiyalarında” və “Azərbaycan xalçaları Avropa rəssamlarının əsərlərində”
nümunələri böyük maraqla qarşılanıb.
Məlumat
verilib ki, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində
milli xalça sənəti
2010-cu il noyabrın 16-da UNESCO-nun
qeyri-maddi mədəni irs
siyahısına daxil edilib
və həmin gün ölkəmizdə
“Azərbaycan xalçası günü” kimi qeyd edilir.
Qonaqlar
muzeyin kolleksiyasındakı “Zərgərlik
inciləri” adlı ekspozisiya bölməsi
ilə də maraqla tanış olub. Sonda Beysembay
Jumabekova xatirə hədiyyəsi təqdim
edilib.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 3.