Nazir müavini
İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
Səfirlik
ölkəmizdə İndoneziya mədəniyyəti
festivalı keçirmək istəyir
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani ilə görüşüb.
Görüş
zamanı iki ölkə arasında mədəniyyət
və turizm sahələri üzrə əməkdaşlığa
dair əldə olunmuş
nəticələr müzakirə edilib və
əlaqələrin gələcək istiqamətləri barədə
fikir mübadiləsi aparılıb.
Ərazisində
mindən artıq etnik qrupun
nümayəndəsi yaşayan və Azərbaycanla
bənzər multikultural dəyərlərə
malik İndoneziya
dövləti ilə əməkdaşlıq
potensialının geniş olduğu qeyd olunub.
2016-cı
ilin 7-9 aprel tarixində
təşkil olunan 15-ci Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər Sərgisi
(AİTF-2016), 19-21 may tarixində
keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida
Sənayesi Sərgisi, 1 iyul tarixində baş tutan I Beynəlxalq Dolma Festivalı və 20 iyulda
keçirilən Şəki III Beynəlxalq Şirniyyat
Festivalında iştirak etmiş
səfir Azərbaycan xalqının qonaqpərvərliyindən
və ölkənin zəngin mədəniyyətindən məmnunluğunu
bildirib.
Səfir
H.Fanani bu ilin oktyabr yaxud,
noyabr ayında ölkəmizdə İndoneziya mədəniyyəti festivalının
təşkil edilməsinə nazirlik tərəfindən
dəstək göstərilməsini xahiş
edib.
Nazir
müavini Ə.Vəliyev bildirib
ki, hər hansı mədəniyyət tədbiri
müvafiq tədbirlər planına əsasən
həyata keçirilir. 2016-cı il üzrə bir sıra tədbirlərin,
o cümlədən 15-24 sentyabr
tarixində “Üç məkan” II Şəki
Beynəlxalq Teatr Festivalı, 18-27 sentyabr tarixində VIII Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi
Festivalı, 22-30 oktyabr tarixində
Bakı Caz Festivalı və 7-8 noyabr tarixində IV Bakı Beynəlxalq Teatr Konfransının təşkili nəzərdə
tutulub. Bununla
yanaşı, Azərbaycanda İndoneziya mədəniyyəti
festivalının keçirilməsinə dair
nazirlik tərəfindən müvafiq köməkliyin göstəriləcəyi
diqqətə çatdırılıb.
H.Fanani
nazirlik və səfirlik arasında məhsuldar
əlaqələrə və səmimi qəbula görə
minnətdarlığını bildirib. Görüş iştirakçıları tərəfindən
iki ölkə arasında mədəniyyət
və turizm sahələrində əməkdaşlığın
inkişafında maraq ifadə edilib.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 3.