Qubada “Turizm
masası” təşkil
edilib
Quba Turizm İnformasiya
Mərkəzi (QTİM) və
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə səyi ilə Mərkəzi kitabxananın uşaq qiraət zalında və ümumi fondunda “Turizm masası” təşkil olunub.
Masada
QTİM-in nəşrləri ilə yanaşı, Mədəniyyət və
Turizm Nazirliyinin nəşrləri, Qubada fəaliyyət göstərən
istirahət mərkəzlərinin
tanıtım bukletləri,
Quba Soyqırımı
Memorial Kompleksinə aid nəşrlər
sərgilənir.
Ölkəmizdə
turizmin əksər növlərinin (kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni,
sosial, kommersiya, idman, dini) inkişafı üçün geniş imkanlar mövcuddur. Bu baxımdan Quba rayonunun da turizm
potensialı böyükdür. “Turizm masası”nın yaradılması kitabxanaya gələn oxucuların turizm sektoruna
marağının artırılması, bölgənin turizm imkanlarının təbliği məqsədi
daşıyır.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 4.