Şəkidə
regional seminar-treninq keçirilir
Səyyar treninqə
beş rayonun
kitabxana və mədəniyyət müəssisələrinin
işçiləri cəlb
olunub
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzi
Mədəniyyət və
Turizm Nazirliyinin müvafiq əmrinin icrası ilə əlaqədar Azərbaycanda
kitabxana işinin informasiya texnologiyaları əsasında yenidən qurulması, maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması,
təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsi məqsədilə
səyyar seminar-treninqlər
keçirir.
İyulun 26-da Şəki regional mərkəz
olmaqla Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını
əhatə edən kitabxana və mədəniyyət müəssisələri
(klub müəssisələri)
işçiləri üçün
seminar başlanıb. Mərkəzin direktoru Ramazan
Şabanov, Şəki
Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Mirvari Zeynalova tədbirin açılışında
çıxış ediblər.
Seminar-treninq “Kitabxana işinin təşkilində
innovasiyaların tətbiqi”,
“Azərbaycan mədəniyyətinin
və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət
mərkəzinin rolu” mövzularına həsr olunub.
Səyyar
treninqdə əhatə olunan rayonlar üzrə 55 nəfər kitabxana, 49 nəfər mədəniyyət mərkəzləri
və klub müəssisələri
işçiləri iştirak edir. Treninqi əhatə edən
mövzular “Mədəniyyət
haqqında” qanundan irəli gələn məsələləri
əhatə edir. Yerlərdə
maddi və qeyri-maddi mədəni
irsin qorunması və bərpası, turizmin inkişaf məsələləri,
kitabxana işinin təşkilində
informasiya texnologiyalarının tətbiqi,
yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) seminar treninqin əsas müzakirə məsələlərindəndir.
Mərkəzin, habelə Milli
Kitabxananın, BDU-nun, ADMİU-nun,
Ədliyyə Akademiyasının əməkdaşlarının
keçdiyi treninqlər 30 iyul
tarixinə qədər davam edəcək.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 4.