Rusiyalı
rejissor Gənc Tamaşaçılar
Teatrının qonağı olub
Rusiyanın
Perm şəhərində fəaliyyət
göstərən “U mosta” teatrının
bədii rəhbəri və direktoru Sergey Fedotov bu günlərdə 88-ci mövsümü
başa vuran Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında qonaq olub.
Rusiyalı
rejissor teatrın direktoru,
Əməkdar artist Mübariz
Həmidovla görüşündə bir
sıra qarşılıqlı maraq doğuran yaradıcılıq məsələləri,
cari repertuardakı tamaşalar,
teatrın iştirak etdiyi
beynəlxalq festivallar haqqında
müzakirə aparılıb.
Görüşdə sentyabr-oktyabr
aylarında Perm şəhərində baş tutacaq II Martin MakDonax Beynəlxalq Teatr Festivalından da söz açılıb. Rusiyalı rejissor Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında bir əsərə
məmnuniyyətlə quruluş verməyə
hazır olduğunu bildirib.
S.Fedotov
2014-cü ildə iştirak etdiyi III Beynəlxalq Bakı Teatr
Konfransından maraqlı təəssüratlarla
ayrıldığını və böyük
məmnuniyyətlə bu ilin
noyabrında keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak
edəcəyini də diqqətə çatdırıb.
Qeyd
edək ki, S.Fedotov
Rusiyanın Əməkdar incəsənət xadimi,
Dövlət mükafatı laureatı və Martin
MakDonax Beynəlxalq Teatr
Festivalının prezidentidir.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 4.