“Retro Bakı” layihəsinin konsertləri
davam edir
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə “Retro Bakı” layihəsinin konsertləri
davam edir.
İdarədən bildirilib ki, paytaxt sakinləri və şəhərimizin
qonaqları həftəsonu
keçirilən konsertləri,
musiqi və rəqs nömrələrini
maraqla izləyirlər.
Ötən həftəsonu tanınmış cazmen, Əməkdar incəsənət
xadimi Cavan Zeynallının ifasını,
müğənnilər Nəzakət
Məmmədova, Tural Mehri, Nigar Süleymanova,
Mehman Tağıyev və “Odlar Yurdu” qrupunun çıxışları böyük
coşqu ilə qarşılanıb.
Xatırladaq
ki, layihə çərçivəsində
tədbirlər hər həftənin şənbə və bazar günləri axşam
saatlarında Fəvvarələr meydanında rəngarəng konsert proqramları ilə oktyabrın
ortalarınadək davam edəcək.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 5.