Açıq
kitabxana layihəsinin əhatə dairəsi
genişlənir
Xəbər
verdiyimiz kimi, iyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Milli Kitabxanasının birgə layihəsi
əsasında yaradılan “Açıq kitabxana”
layihəsinin təqdimatı keçirilib.
Layihə üzrə Milli Kitabxananın
bağçasında 24 saat açıq olan sərbəst mütaliə guşəsi
yaradılıb. Layihə digər kitabxanalarda,
eləcə də bölgələrdə də tətbiq
olunmaqdadır.
Beyləqan
Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü
və rayon MKS-nin təşkilatçılığı
ilə Mədəniyyət və istirahət parkında
açıq kitabxananın təqdimatı olub.
Şöbə
müdiri Nazim Mirzəyev
tədbiri açaraq bildirib
ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Milli Kitabxanasının layihəsi əsasında
yaradılan açıq kitabxana əhali
arasında kitabların təbliği və kitabxanalara
oxucuların cəlb edilməsi üçün
əvəzsiz rol oynayacaq.
MKS-nin direktoru Gültəkin
Məmmədova yeni layihənin əhəmiyyətindən
danışıb, açıq kitabxanada
yaradılan guşələr haqqında məlumat verib.
Rayon
Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət
göstərən "Araz" ədəbi
birliyinin sədri, yazıçı-tədqiqatçı
Asif Cəfərli, “Beyləqan” qəzetinin
baş redaktoru Elman İsrafiloğlu
çıxış edərək yeni
layihəni yüksək qiymətləndiriblər.
*
* *
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında da
“MEK - açıq kitabxana” layihəsinə
başlanılıb. MEK-dən bildiriblər ki,
kitabxananın mübadilə fondundan 100-dən
çox kitab
ayrılıb və açıq kitabxanaya
yerləşdirilib.
Layihə
çərçivəsində oxucular və
MEK-in əməkdaşları mütaliə
etdikləri əsəri kitabxanaya
bağışlaya və oxumadığı kitabları isə
aparıb oxuya bilərlər. Bununla da
iştirakçılar şəxsi kitabxanalarındakı
kitabların digər insanlar tərəfindən
də mütaliəsinə şərait yaratmış olurlar.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 6.