Mövsüm bitdi, mövsümə az qaldı...

 

Azərbaycanda teatr mövsümü başa çatdı. Teatr kollektivləri sentyabrda yeni mövsümdə işə başlamaq niyyəti ilə məzuniyyətə çıxdılar. Çıxdılar ki, teatrsevərlər də onlar üçün bir qədər darıxsın... Biz də 2015-2016 milli teatr mövsümündə teatrlarımızda nələr göstərildi, nələr oynanıldı deyib, bir balaca geriyə nəzər saldıq...

Akademik Milli Dram Teatrında bir müddət yaşanan süstlükdən sonra bu ilin yanvarında görkəmli rejissor, Xalq artisti Azərpaşa Nemətin sənət ocağına bədii rəhbər və direktor təyin edilməsi ilə müəyyən canlanma yarandı. Mövsümün ilk yarısında «Müsyö İbrahimQuran çiçəyi», «Herostratı unudun» tamaşalarını təhvil vermiş kollektiv ikinci yarıda da dövlət sifarişi ilə hazırlanan iki maraqlı nümunə - C.Məmmədquluzadənin «Ölülər» və N.Qoqolun «Müfəttiş» əsərləri ilə teatrsevərlərin qarşısına çıxdı. Birinci tamaşada əsas rolların ifası ilə əlaqədar teatr tənqidinin fikirləri haçalansa da, ikinci tamaşa ölkənin teatr ictimaiyyəti tərəfindən birmənalı olaraq rəğbətlə qarşılandı. Bundan başqa, kollektiv mövsüm ərzində repertuardakı bir sıra tamaşalarla Azərbaycanın müxtəlif bölgələrində çıxış etdi, paytaxtdan uzaqda yaşayan pərəstişkarlarını canlı ünsiyyətlə sevindirdi.

XXI əsrdə dünyada yeni operabalet əsərləri az bəstələnir deyə, bizAkademik OperaBalet Teatrına yeni əsərlərin niyə tamaşaya qoyulmadığını irad tutmaq istəmirik. Lakin teatr davamlı olaraq Avropa operalarından yeni nümunələr təqdim etməklə klassik musiqi həvəskarlarının zövqünü oxşamaqdadır. Başa çatmış teatr mövsümügüclü yerliqastrolçu vokalçı və balet artistlərinin çıxış etdiyi maraqlı tamaşalarla, teatrın yeni Koroğluya (Əməkdar artist Fərid Əliyev) qovuşması, 50 il əvvəl tamaşaya qoyulmuş «Qaraca qız» (bəstəkar Əşrəf Abbasov) uşaq baletinin yeni premyerası ilə əlamətdar oldu. Bu günlərdə Almaniyada keçiriləcək klassik musiqi festivalına hazırlaşan OperaBalet Teatrının ayrı-ayrı solistləri də yaxın-uzaq xaricdə müxtəlif sənət yarışlarında çıxış etdilər. Teatrın balerinası Cəmilə Kərimova Qəmər Almaszadə adına Beynəlxalq KlassikMilli Rəqs üzrə Müsabiqədə Qran-pri mükafatını qazandı.

Azərbaycan Dövlət Musiqili Teatrı mövsümü təkcə maraqlı tamaşalarla deyil, həm də ürəkaçan yeniliklərlə başa vurdu. Teatrın gənc solistlərinin ABŞ-ın ölkəmizdəki səfirliyi ilə birgə layihədə - Brodvey şousunda iştirakı, gənc soprano Aytən Həsənovanın Yekaterinburqda keçirilmiş SSRİ Xalq artisti Vladimir Kuroçkin adına gənc operettamüzikl artistlərinin VI beynəlxalq müsabiqəsində III mükafata layiq görülməsi teatrın potensialından, bu kollektivin bizi gələcəkdə də maraqlı tamaşalarla sevindirəcəyindən xəbər verir. Bu mövsümdə təhvil verilmiş “Baladadaşın toy hamamı” və “999-cu gecə” (Azərbaycan bölməsi), “Qafqazlı qardaşqızı” (rus bölməsi) tamaşalarının da əsas iştirakçıları gənc solistlər idi.

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı da mövsüm boyu maraqlı premyeralar ilə tamaşaçıların görüşünə gəldi. Fərqli zövqlü rusdilli auditoriyanı öz ətrafında birləşdirməyi bacaran kollektivin gənc üzvləri Yeganə HüseynliMurad Məmmədov aprel ayında Sankt-Peterburq şəhərində «Vstreçi v Rossii» Beynəlxalq Teatr Festivalı çərçivəsində səhnə danışığı üzrə ustad dərslərində iştirak etdilər, bu dərslərin nəticəsi olaraq «Peterburqla dialoq» videofilmində çəkildilər. Festival çərçivəsində həm də kollektiv “Məhəbbətlə zarafat etmirlər” tamaşası ilə çıxış etdi. «Afina axşamları», «Kazanova: sevgi dərsləri», «Artistin taleyi», «Bliss ailəsi» kimi fərqli tamaşaların premyeraları ilə yadda qalan mövsümün sonunda Rusiyada Andrey Mironov adına «Fiqaro» mükafatına layiq görülmüş Xalq artisti Lüdmila Duxovnaya Tbilisidə Şota Rustaveli adına Gürcüstan Dövlət TeatrKino Universitetinin tələbələrinə ustad dərsi verdi.

Xalq artisti Fəxrəddin Manafovun «Kazanova: sevgi dərsləri» tamaşasında debütü teatrsevərlər üçün sevindirici xəbər kimi qiymətləndirilə bilər.

Gənc Tamaşaçılar Teatrının seyrçi auditoriyası 7-dən 77-dək olduğundan, üstəlik, aktyor heyətinə görə də ən böyük kollektivlərdən sayıldığından truppa il boyu ən müxtəlif yaş kateqoriyaları üçün maraqlı tamaşalar hazırlayır. Mövsüm boyu digər paytaxt teatrlarının hamısından daha çox yeni tamaşa təhvil vermiş teatr həm də yaxın-uzaq xarici ölkələrə qastrol səfərləri, beynəlxalq teatr festivallarında iştirak baxımından da bir çox nailiyyətlər qazanıb. Teatrın repertuarındakı «Dəlinin qeydləri», «Qoca kloun» və «Mən gəldim, qızlar» tamaşaları Rusiya və Türkiyədə beynəlxalq festivallarda göstərilib. Bütün teatrlarımız istirahətdə olduğu halda, «Dəlinin qeydləri» və «Kontrabas» monotamaşaları avqustun əvvəlində İranda (Noşəhr) nümayiş etdiriləcək.

Qarşılıqlı mədəni əlaqələrə və yaradıcılıq mübadiləsinə önəm verən teatrın Kalmık Milli Dram Teatrı (Rusiya Federasiyası) ilə əməkdaşlığı da genişlənir. Bu əməkdaşlıq başa çatan mövsümdə teatra «Xortdanın cəhənnəm məktubları» və «Qohumlar» kimi maraqlı tamaşalar qazandırıb. Bu günlərdə isə teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov tamaşa qoymaq üçün Moldovaya - Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb. Mövsüm kollektivin M.F.Axundzadənin «Hekayəti-xırs-quldurbasan» komediyası ilə Londonda çıxış etməsi ilə də əlamətdar oldu.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı «qara» tamaşası da festivallarda iştirakına görə heç də «Qoca kloun», «Kontrabas» və «Dəlinin qeydləri»ndən geri qalmır. Bu mövsümdə «qara» Rusiyanın İvanovo şəhərində keçirilən «Muraveynik» XI Beynəlxalq Kukla Teatrları Festivalında göstərildi. Teatrın nəzdindəki «Oyuq» uşaq studiyası peşəkar həmkarlarından geri qalmadılar və fevral ayında Sankt-Peterburqda keçirilən «Caz karuseli» festivalından Qran-pri ilə vətənə qayıtdılar. Teatrın direktoru Rəşad Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq kukla teatrı festivalına münsif kimi qatıldı. Teatr repertuar siyasətində balacalarla yanaşı böyükləri də nəzərə alır. Bu mövsümdə təhvil verilmiş dörd yeni tamaşadan ikisi - «Zəng» və «Melodiya» böyüklər üçün hazırlanıb.

Azərbaycan Dövlət Yuğ Teatrı və Dövlət Pantomima Teatrı da öz seçkin tamaşaçı auditoriyasını unutmadı. Hər iki teatr maraqlı tamaşalarla öz pərəstişkarlarını sevindirdilər, pantomimçilər Tbilisidə beynəlxalq teatr festivalına qatıldılar, yuğçuların direktoru Tərlan Yusifov isə beynəlxalq teatr treninqində iştirak etdi.

Bölgə teatrlarına gəlincə, N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı ilin əvvəlində İranda keçirilən «Fəcr» teatr festivalında iştirak etdi, mayın əvvəllərində isə «Ruhlar» və «İlan Sultan» tamaşaları ilə Bakıda qastrol səfərində oldu. Qastroldan söz açmışkən, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının Bakıya və Dərbənd Azərbaycan Dövlət Dram Teatrının respublikamıza qastrol səfərini xüsusi qeyd etməyə dəyər. Şəkililər tamam fərqli yanaşmada hazırladıqları «Vaqif» dramını iki gün Bakıda böyük müvəffəqiyyətlə oynadılar. Dərbənd teatrı isə ölkəmizin altı şəhər və rayonunda «Ac həriflər»i nümayiş etdirdi.

* * *

...Beləcə, teatrlarımızın daha bir mövsümü arxada qaldı. Daha böyük uğurlar qazanmaq, daha yaxşı tamaşalar göstərmək istəyi və daha böyük planları ilə! Sentyabrda başlayacaq yeni mövsüm hər şeydən öncə, II Şəki Beynəlxalq Teatr Festivalı ilə əlamətdar olacaq. Bizteatr kollektivlərimizdən əcnəbi teatrlarla rəqabət aparmağa qabil yeni tamaşalar gözləyirik.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 7.