Los-Ancelesdə Azərbaycan klassik musiqi gecəsi

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-ın nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb MərkəzininBir ürək xilas etFondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunmuş gecə keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən söz açıb, müsəlman dünyasında ilk opera, operetta baletin məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.

Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edib.

Azərbaycan musiqisinin ABŞ-da təbliğindən danışan diplomat 2013-cü ildə Üzeyir HacıbəylininArşın mal alanoperettasının Los-Ancelesdə, 2014-cü ildə isə Qara QarayevinYeddi gözəlbaletinin San-Dieqo şəhərində uğurla keçirilmiş ABŞ premyeralarını bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.

Baş konsul zəngin tarixə malik muğam sənətimizin dünya musiqisində yerindən söz açaraq 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsəri sırasına daxil edilərək Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan musiqisi mədəniyyətinin qorunması dünyada tanıdılması sahəsində böyük işlər gördüyünü söyləyib, bütün bunların zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından yüksək önəm daşıdığını qeyd edib.

TədbirdəBir ürək xilas etFondunun rəhbərləri İzhar Xaruzi Esfir Blauqrund da çıxış edib.

Sonra “Arşın mal alan” operettasının və “Yeddi gözəl” baletinin ABŞ premyeralarından fraqmentlər nümayiş etdirilib. Tədbir iştirakçılarına Azərbaycana, xüsusilə onun musiqi və mədəniyyətinə dair müxtəlif nəşrlər və disklər təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 8.