“Azərbaycan
turizminin təşviqi üçün
bütün vasitələrdən istifadə
etməliyik”
Fransanın turizm sahəsində
ixtisaslaşmış www.tourmag.com saytında “Entreprises de
voyage” şirkətinin vitse-prezidenti Rişar Subyelin müsahibəsi
dərc olunub.
O,
Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi ilə imzalanan
memorandumdan danışıb və sənədin
üç hissədən - təşviqat,
təlim və sərmayədən ibarət olduğunu
bildirib. Təşviqatın əsas istiqamət
olduğuna və bu
baxımdan, məlumat mübadiləsinin, təşviqat xarakterli turpaketlərin və turizm
sahəsində statistikanın təşkil edilməsinin
vacibliyinə toxunub.
Qeyd
olunub ki, memorandum, turizm sahəsində
layihələr hazırlanması üçün
fransalı peşəkarların ölkəmizə səfərlərinin
təşkilini, sərgilərdə, konfranslarda,
təşviqat xarakterli tədbirlərdə
iştirakını nəzərdə tutur.
Rişar
Subyel müsahibəsində Fransadan gələn turistlərin
psixologiyasını, gözləntilərini və tələbkarlığını
nəzərə alaraq ölkəmizdə
xüsusi fransızdilli bələdçilərin
hazırlanmasına toxunub.
Bildirilir
ki, “Salaün” şirkəti
köçəri tipli, “Kuoni”,
“Lucien Salemi a Vivarel Voyages”
və “Alest Voyages”
şirkətləri Bakıya turpaketlər və “Voyage Prive” və “Evaneos” şirkətləri isə milli səviyyədə turizm
proqramları hazırlayır.
“Biz yeni turizm
istiqamətləri axtarışındayıq və MİCE-nin mütəxəssisləri konqreslərin
və seminarların təşkili üçün
mükəmməl olan Bakı istiqamətində
səfərlərin ilk təşkilatçıları
olmalıdır”, - deyə Rişar Subyel vurğulayıb.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 8.