Əcnəbi
turistlərin cənub bölgəsinə səfəri
“Euronews” kanalında Azərbaycanın
çayçılıq ənənələri barədə
süjet onlarda bu bölgəyə maraq
yaradıb
Lənkəran
Turizm İnformasiya Mərkəzinin
təşkilatçılığı ilə Rusiya, Almaniya, Birləşmiş
Ərəb Əmirliyi və Ukraynadan olan turistlər üçün
Astara, Lənkəran və Lerik rayonlarına səyahətlər təşkil
olunub.
Mədəniyyət
və Turizm Nazirliyi və
“Euronews” telekanalı arasında əməkdaşlıq
çərçivəsində Azərbaycanın cənub
bölgəsində çay ənənələrinin
təbliğ olunması ilə bağlı
hazırlanmış süjetdən sonra Lənkəranda
və Astarada olan çay plantasiyalarına və
çayçılığa maraq
artıb.
Rusiya
və Almaniyadan olan
turistlər Lənkəran Turizm və İnformasiya Mərkəzinə internet vasitəsilə müraciət ünvanlayaraq, süjetdə göstərilən
çay plantasiyasına gəzintinin təşkil
olunmasına kömək göstərilməsini xahiş ediblər.
Mərkəz
tərəfindən xarici turistlər üçün çay
plantasiyasına gəzinti təşkil olunub.
“Astaraçay” MMC-nin
fabrikində turistlər üçün
maraqlı tur keçirilib.
Turistlər burada çayın
istehsalı prosesi ilə yaxından
tanış olublar.
Bununla
yanaşı, Lənkəran, Astara və Lerikin zəngin təbiəti, mədəniyyəti,
flora və faunası barədə turistlərə
məlumat verilib, Hirkan
Milli Parkına, bölgənin turizm baxımından görməli yerlərinə
gəzintilər təşkil edilib.
Əcnəbi
turistlər göstərilən xidmətdən
razılıqlarını ifadə edərək, növbəti
ildə də cənub bölgəsinə səfərə gələcəklərini
bildiriblər.
Qeyd
edək ki, bu ilin 6 ayı ərzində Lənkərana gələn
turistlərin sayı 8 mini ötüb.
Onların 14 faizini əcnəbi turistlər
təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona gələn turistlərin, o cümlədən, əcnəbi turistlərin
sayı 15 faiz artıb.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 9.