Bakıda
Azərbaycan-İraq mədəni dəyərlər sərgisi
Azərbaycan-İraq
Mədəni Əlaqələr İctimai
Birliyinin Prezident
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının yardımı ilə həyata
keçirdiyi layihə üzrə Azərbaycan-İraq
mədəni dəyərlər sərgisi keçirilib.
İB-nin
sədri Tahirə Məmmədova layihə haqqında məlumat
verib. Qeyd olunub ki, layihə Azərbaycan
və İraq xalqlarının mədəniyyətini,
milli dəyərlərini təbliğ etmək,
habelə iki ölkənin tarixi
həqiqətlərini ictimaiyyətin diqqətinə
çatdırmaq məqsədi daşıyır.
İraqın
ölkəmizdəki müvəqqəti işlər vəkili
Fazil Avad əl-Şuvey
çıxış edərək sərginin əhəmiyyətindən
söz açıb. Bildirilib
ki, belə tədbirlərin iki ölkə arasında münasibətlərin
inkişafına töhfə verir.
Sərgidə
Azərbaycan-İraq xalqlarının folklor,
tarixi-mədəniyyət, incəsənət, geyim,
musiqi, mətbəx nümunələri və
erməni separatçılarının Qarabağda
törətdikləri vəhşilikləri əks etdirən
fotoşəkillər nümayiş olunub.
Layihənin
həyata keçməsində əməyi olan
təşkilatlar və bir qrup
iraqlı jurnalist fəxri fərmanlarla
mükafatlandırılıb.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 13.