“Milli mədəniyyət sistemində poetik təsəvvüf kodu”
Azərbaycan
Milli Elmlər Akademiyası rəyasət
heyətinin elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Milli
mədəniyyət sistemində poetik təsəvvüf
kodu” monoqrafiyası çapdan
çıxıb.
Monoqrafiyada
XIII-XVI əsrlər Azərbaycan bədii fikrinin
inkişaf dinamikası həmin mərhələdə
müsəlman mədəniyyətinin mühüm
ideya bazalarından birini
təşkil edən təsəvvüf təlimi ilə
qarşılıqlı əlaqələr kontekstində vahid kulturoloji proses kimi elmi
baxımdan modelləşdirilib. Təqdim olunan modeldə milli poetik
düşüncə nümayəndələrinin
yaradıcılıqları poetik fəlsəfədən
(Mahmud Şəbüstəri,
Marağalı Əvhədi, İzzəddin Həsənoğlu,
Qazi Bürhanəddin) fəlsəfi poeziyaya (İmadəddin Nəsimi) və təriqət
xarakterli fəlsəfi poeziyadan
(Şah Qasım
Ənvar, Şah İsmayıl Xətai)
fövqəlestetik poetikliyə (Məhəmməd Füzuli) inkişaf xətti
üzrə araşdırılır. Qədim və klassik bədii-fəlsəfi irsə modern nəzəri-metodoloji mövqedən nəzər
salınır, “təsəvvüf” anlayışı poetika problemi kimi tədqiq və təhlil edilir.
Mədəniyyət.-
2016.- 27 iyul.- S. 14.