VIII
Qəbələ Beynəlxalq Musiqi
Festivalı başlanır
İyulun
30-da Qəbələ şəhərində ənənəvi
musiqi festivalı start
götürəcək.
Heydər Əliyev Fondunun mühüm mədəniyyət
layihələrindən olan Qəbələ
Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən
keçirilir və ötən müddətdə
bir çox məşhur
ifaçı və kollektivlərin iştirakı sayəsində
dünya musiqi
festivalları xəritəsində özünə layiqli yer qazanıb.
Avqustun
5-dək davam edəcək VIII Qəbələ
Beynəlxalq Musiqi Festivalında Azərbaycan,
İspaniya, Avstriya,
Yunanıstan, Ukrayna, İsrail,
Kubadan musiqi
qrupları, dirijor və solistlər iştirak edəcəklər. Konsertlər Heydər
Əliyev Konqres Mərkəzinin böyük zalında və açıq havada qurulan xüsusi səhnədə keçiriləcək.
iyulun
30-da Festivalın ilk konsertində Tofiq Şıxıyev (piano),
Vurğun Vəkilov (piano),
Nicat Məmmədov (fleyta),
Gülər Ağayeva (piano),
Ceyhun Allahverdiyev (piano), vokalçılar Taleh
Yəhyayev və Aytən Şıxəlizadə
çıxış edəcəklər.
Axşam
isə festivalın açılış mərasimində Xalq artisti Rauf
Abdullayevin dirijorluğu
ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. İyulun 31-də Vyana Akademik Orkestrinin (bədii
rəhbər - Martin Haselblok)
çıxışı və İspaniyanın “Suite Espanola” şirkətinin
təqdimatında flamenko konserti
nəzərdə tutulub.
Avqustun
1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli
(fortepiano), Murad
Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel)
çıxış edəcəklər. Yunanıstanın
folklor kvarteti isə
azərbaycanlı xanəndələr Güllü
Muradova, İlkin
Əhmədov, habelə Sahib Paşazadə
(tar), Toğrul Əsədullayev
(kamança), Emin Cəbrayılov
(nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni
bölüşəcək.
Festivalın
sonrakı günlərində Kubanın “Gənc klassiklər”
ansamblı, “Kiyev virtuozları” orkestri musiqisevərlər qarşısına
çıxacaq.
Musiqi
bayramına avqustun 5-də “Kiyev virtuozları” orkestrinin
konserti ilə yekun vurulacaq.
Qeyd
edək ki, VIII Qəbələ Beynəlxalq
Musiqi Festivalı çərçivəsində
avqustun 2-dən 5-dək beynəlxalq fortepiano müsabiqəsi də keçiriləcək.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.2.