Dünya Qəzetçilər
Federasiyasının sədri Mətbuat Şurasında olub
Federasiyasının
keçirdiyi Türkdilli
Ölkələrin Sənədli Filmlər Festivalının qalib filmlərinin Azərbaycanda nümayişi ilə bağlı müzakirə
aparılıb
İyulun
28-də Dünya Qəzetçilər
Federasiyasının sədri Menderes Dəmir
Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat
Şurasının sədri, Milli Məclisin
deputatı Əflatun Amaşov
görüşdə bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq əməkdaşlıq sahəsindəki
fəaliyyətində türk
dünyasını təmsil edən media
təşkilatları ilə qarşılıqlı
münasibətlər mühüm yer tutur. Bu münasibətlər yalnız media sahəsi ilə məhdudlaşmır,
ümumən ictimai məzmun
daşımaqla ortaq dəyərlərimizin
təbliğini nəzərdə tutur. Media qurumları, eyni zamanda, bizi birləşdirən,
xarakterizə edən məsələlərlə bağlı
təşəbbüskarlıq da göstərməlidirlər.
M.Dəmir
Dünya Qəzetçilər
Federasiyasının həyata keçirdiyi
Türkdilli Ölkələrin Sənədli
Filmlər Festivalı layihəsi haqqında məlumat verib. Qeyd edib
ki, festivala filmlərin
qəbulu prosesi bu il avqustun 12-də başa çatacaq.
Toplanmış ekran əsərlərinin
qiymətləndirilməsi aparılacaq. Qalib
filmlər türk dünyasının
müxtəlif yerlərində nümayiş
olunacaq.
Dünya
Qəzetçilər Federasiyasının sədri həmin
filmlərin Azərbaycanda da nümayişinin önəmini
vurğulayıb və bu baxımdan Azərbaycan
Mətbuat Şurası ilə əməkdaşlığın
səmərəli olacağına inamını ifadə edib. Görüşdə bununla
bağlı nəzərdə tutulan fəaliyyətin
müxtəlif aspektləri ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.2.