Mədəniyyət
və turizm naziri Britaniya nümayəndə heyəti ilə görüşüb
İki ölkənin mədəniyyət
və turizm sahələri üzrə əməkdaşlıq
barədə fikir mübadiləsi
aparılıb
Azərbaycan Respublikasının
Böyük Britaniyadakı səfirliyi və
Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi
ilə Britaniya Parlamentində Azərbaycanla
dostluq qrupunun sədri
Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 26-dan ölkəmizdə səfərdədir.
Nümayəndə heyəti Bakıda bir
sıra görüşlər keçirib.
Səfər
çərçivəsində nümayəndə heyəti
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Görüşdə
Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq
barədə fikir mübadiləsi
aparılıb.
Nümayəndə
heyəti Azərbaycan xalqının qonaqpərvərliyini,
ölkəmizdə turizm sənayesinə
göstərilən diqqəti nəzərə alaraq, Azərbaycanda bu sahənin
inkişafı üçün geniş imkanlar olduğunu bildirib.
Nazir
Əbülfəs Qarayev mədəniyyət
və turizm sahələrinin
inkişafı, həmçinin ölkəmizdə həyata
keçirilən quruculuq işləri
haqqında nümayəndə heyətini məlumatlandırıb.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və Ermənistanın işğal etdiyi ərazilərdəki mədəniyyət
abidələri və obyektlərinin dağıdılması
barədə söz açan
nazir ölkəmizin bir
çox gəzməli-görməli yerlərinin,
turizm məkanlarının da işğal altında
olduğunu diqqətə
çatdırıb. Əbülfəs Qarayev
bu münaqişənin eyni
zamanda Azərbaycanın turizm
məkanı kimi təbliği və
inkişafına maneə törətdiyini vurğulayıb.
Britaniyalı
qonaqlar səmimi qəbula görə nazirə
minnətdarlıqlarını ifadə edərək iki ölkə arasında mədəniyyət
və turizm sahələrində mövcud əlaqələrin bundan
sonra da davam etdiriləcəyinə əminliklərini
bildiriblər.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.3.