Hindistan Azərbaycanla əməkdaşlığı
genişləndirmək istəyir
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın
xarici işlər nazirinin müavini xanım Sucata Mehtanın
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi, kənd təsərrüfatı,
yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil
və humanitar sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olunub.
Azərbaycan
və Hindistan arasında əlaqələrin inkişaf etdirilməsində
yüksək səviyyəli qarşılıqlı səfərlər,
hökumətlərarası müştərək komissiya və
XİN-lərarası siyasi məsləhətləşmələr
mexanizminin əhəmiyyəti vurğulanıb. Müqavilə-hüquq
bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq,
humanitar, mədəniyyət və təhsil sahələrində
əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət
günlərinin təşkil olunması, universitetlərarası
müəllim-tələbə mübadiləsinin həyata
keçirilməsi kimi məsələlər müzakirə
olunub.
Səfər
əsnasında Azərbaycan və Hindistan arasında XİN-lərarası
siyasi məsləhətləşmələrin növbəti
mərhələsi keçirilib. Məsləhətləşmələrdə
Azərbaycanı xarici işlər nazirinin müavini Xələf
Xələfov və Hindistan xarici işlər nazirinin
müavini Sucata Mehta iştirak ediblər.
Xələf
Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi,
enerji, mədəni-təhsil, kənd təsərrüfatı,
kommunikasiya texnologiyaları və digər sahələrdə
ikitərəfli münasibətlərin daha da inkişaf
etdirilməsi üçün əlverişli imkanların
olduğunu bildirib.
Xanım
Sucata Mehta öz növbəsində ölkəsinin Azərbaycan
ilə bütün sahələrdə, xüsusilə iqtisadi
və enerji sahələrində sıx əməkdaşlıq
etmək niyyətini nəzərə çatdırıb.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.3.