Kitabxana və mədəniyyət
müəssisələri işçiləri üçün
seminar-treninqlər davam edir
Xəbər
verdiyimiz kimi, Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzi Şəkidə regional mərkəz olmaqla
Zaqatala, Balakən, Oğuz
və Qax rayonlarını əhatə edən
kitabxana və mədəniyyət müəssisələri
(klub müəssisələri)
işçiləri üçün
regional seminar-treninqlər keçirir.
Tədbirə Şəki, Zaqatala, Balakən,
Oğuz və Qax
rayonları üzrə ümumilikdə 100-dək kitabxana və mədəniyyət mərkəzi-klub
müəssisələrinin işçiləri cəlb olunub.
Milli
Kitabxana, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Ədliyyə
Akademiyası əməkdaşlarının keçdiyi
treninqlər “Kitabxana işinin
təşkilində innovasiyaların tətbiqi” və “Azərbaycan
mədəniyyətinin və xalq
yaradıcılığının dəstəklənməsində,
mədəni irsin qorunmasında mədəniyyət
mərkəzinin rolu” mövzularına həsr
olunub.
Yerlərdə
maddi və qeyri-maddi mədəni
irsin qorunması və bərpası, turizmin inkişaf məsələləri,
kitabxana işinin təşkilində
informasiya texnologiyalarının tətbiqi,
yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) seminar treninqin əsas müzakirə məsələlərindəndir.
Milli
Kitabxanadan bildirilib ki, seminarlarda
kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə
İsmayılova, elektron kataloqun
formalaşdırılması şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova və kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova
iştirak edirlər. Milli Kitabxananın tədris
mərkəzinin mütəxəssisləri
kitabxanaçılara “İnnovasiya
texnologiyalarının kitabxanaların işinə tətbiqi”,
“ALİSA proqramının tətbiqi və elektron
xidmətlərdən istifadə imkanları”, “Milli
Kitabxananın innovativ onlayn
xidmətləri” mövzularında treninq
keçirlər.
Regional
seminar-treninqlər iyulun
30-da başa çatacaq.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.4.