Olimpiya Oyunları gənc rəssamların
təxəyyülündə
Qubada
fəaliyyət göstərən “Yurd” Gənclərin
İntellektual İnkişafına Dəstək
İctimai Birliyi tərəfindən
icra edilən layihə çərçivəsində
“Olimpiya Oyunları gənc rəssamların
təxəyyülündə” devizi
altında sərgi təşkil olunub.
Quba
Gənclər Mərkəzində sərginin
açılış mərasimində çıxış
edən təşkilatın sədri Ramin Mahmudov son illərdə
ölkəmizin əldə etdiyi idman uğurlarından söz
açıb. O, layihənin avqust
ayında Braziliyanın Rio-de-Janeyro şəhərində
keçiriləcək Yay Olimpiya
Oyunlarında idmançılarımıza ictimai
dəstək məqsədi daşıdığını bildirib. Layihə həmçinin istedadlı gənclərin
üzə çıxarılmasına xidmət edir.
Sonra
sərgi izləyicilər üçün
açıq elan edilib.
Sərgidə Quba rayonunun
müxtəlif kəndlərindən 76 nəfərin 82 əl işi nümayiş etdirilib.
Münsiflər
heyətinin qərarına əsasən sərgi
iştirakçılarına, qalib və
mükafatçılara diplomlar təqdim edilib.
Amsar
kənd sakini Lamiyə Babayeva,
Ağbil kəndindən Nərmin Sultanova, Zərdabi qəsəbəsindən Murad Hacıyev, Quba şəhərindən
Fəridə Həşimova və Nərmin Kərimova I mükafata layiq görülüb. 7 nəfər II, 9 nəfər
isə III mükafatla təltif
olunub.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.5.