Multikultural və
tolerant dəyərlər: tarixilik,
varislik, müasirlik
Balakən rayon Mədəniyyət
mərkəzində regional konfrans keçirilib
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi,
etnik-dini dözümlülük
mühiti tarixi ənənələrdən bəhrələnən
milli siyasətin məntiqi nəticəsidir.
Bu fikir iyulun
27-də Balakən rayon Mədəniyyət
mərkəzində keçirilən
“Multikultural və
tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda
regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
rayon İcra Hakimiyyəti
və Dövlət Sərhəd Xidmətinin Zaqatala sərhəd dəstəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən
din xadimləri, ilahiyyatçılar,
ictimaiyyətin nümayəndələri,
N saylı hərbi hissənin zabit və əsgərləri iştirak ediblər.
Konfrans DQİDK-nın sifarişi ilə çəkilən,
dini ekstremizm və radikalizmin fəsadlarından bəhs
edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Azad Balayev çıxış edərək
bildirib ki, 20-dək milli azlığın yaşadığı Balakən
həmişə tolerantlığı
və multikultural dəyərləri ilə
tanınıb. Burada müxtəlif xalqların
nümayəndələri uzun
illərdir ki, dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, müxtəlif
dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində
yaşadığı Azərbaycan
dünyaya nümunə
olacaq bir ölkədir. Ölkəmizdə hökm sürən
multikultural və
tolerant mühitin ideoloji
prinsiplərinin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi azərbaycançılıq
təşkil edir.
Azərbaycanda milli mənəvi
dəyərlərə, burada
yaşayan xalqların
adət-ənənələrinə həmişə hörmətlə
yanaşılıb.
Komitə sədri diqqəti son dövrlər
dünyada islam
dinini radikalizmə sürükləmək meyillərinin
artmasına çəkərək,
bu sahədə maarifləndirmə işinin
vacibliyini xüsusi vurğulayıb. Bildirilib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi
üçün ölkəmizdə
mühüm qanunvericilik
bazası yaradılıb.
Konfransda
iştirakçıların sualları
cavablandırılıb.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.6.