“Azərbaycanın Gənc Dostları” ölkəmizdəki multikulturalizmi dünyada təbliğ edəcək

 

Xəbər verdiyimiz kimi, iyulun 18-dən 27-dək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: millidini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi keçirilib.

Yay məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmənin 16 universitetindən 31 xarici tələbə, habelə Azərbaycanın 12 ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə iştirak edib. İştirakçılar layihə müddətində Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz rayonlarında, o cümlədən Nic, Lahıc, İvanovka kəndlərində, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi unikal multietnik bölgələrdə olub, müxtəlif tədbirlərə qatılıb, görüşlər keçiriblər.

Bağlanış mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək Azərbaycan Prezidentinin salamlarını iştirakçılara çatdırıb:Yay və qış multikulturalizm məktəblərinin keçirilməsi Prezident İlham Əliyevin ideyasıdır və dövlətimizin başçısının arzularından biribudur ki, Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostları artsın. Dünyanın bu ağır vaxtında, mürəkkəb bir dövrdə heç nəyə baxmadan böyük bir entuziazmla dünyanın o biri başından, uzaq ölkələrdən sizi Azərbaycana insanlığa, gəncliyə və multikulturalizmə olan sevgi gətirib. Bizsizi burada görməkdən son dərəcə xoşbəxt olduq. Üçüncü Beynəlxalq multikulturalizm məktəbi geridə qaldı. Bizi irəlidə münasibətlərimizin başqa variantları, başqa mərhələləri və başqa layihələr gözləyir”.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli III Beynəlxalq multikulturalizm məktəbini Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından xüsusi hadisə kimi səciyyələndirib.

Yunanıstanlı tələbə Dimitrios AsproulisMultikulturalizm Azərbaycanda həyat tərzi kimi: millidini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib.

Müraciətdə bu layihəyə görə dövlət başçısına minnətdarlıq ifadə olunur. Bildirilir ki, yay məktəbi iştirakçılarının Azərbaycanın bölgələrində fərqli adət-ənənələri, dili olan əhali, o cümlədən gənclərlə görüşləri onlarda xoş təəssüratlar yaradaraq yaddaşlarında silinməz izlər buraxıb.

Müraciətdə Azərbaycandakı mövcud multikulturaltolerant mühit haqda məlumatların, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha sistemli şəkildə təqdim olunması üçün “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun yaradıldığı da diqqətə çatdırılır:Bu klub bütün dünyada Azərbaycana rəğbət və maraq bəsləyən gəncləri öz ətrafında birləşdirəcək və onların birgə əlaqəli fəaliyyətini təşkil edəcək. Görüb şahid olduğumuz Azərbaycan həqiqətləri, multikulturalizmin Azərbaycan modeli haqqında danışacaq, qədim və zəngin mənəvi aləmə malik olan sülhsevər Azərbaycanın dünyada daha yaxşı tanıdılması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Sonda BBMM-inBilik Fondunun icraçı direktorları Azad Məmmədov və Oktay Səmədov III Beynəlxalq multikulturalizm məktəbi iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediblər.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.6.