Fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət satış-sərgi

 

Gəncənin Park-bulvar kompleksində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən fiziki məhdudiyyətli bacarıqlı insanların əl işlərindən ibarət “Bacarıqlı əllər” adlı satış-sərgi təşkil edilib.

Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

Tədbirin keçirilməsində məqsəd fiziki məhdud bacarıqlı insanların fəaliyyətini ictimaiyyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır.

Sərgidə 8 müəllifin 250-yə yaxın əl işi nümayiş olunub. “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov layihə haqqında məlumat verərək bildirib ki, sərgidə nümayiş olunan əsərlər müəlliflərin özlərinin iştirakı ilə satışa çıxarılıb. O deyib ki, Gəncədə mütəmadi olaraq istedadlı insanların əl işlərindən ibarət sərgilər təşkil edilirbu işdə maraqlı olan qeyri-hökumət təşkilatlarına hər cür şərait yaradılır.

Sonda əl işlərinin sahibləri fəxri fərman və diplomlarla təltif edilib.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.6.