Xanımların
əl işləri sərgilənib
Şahbuz
şəhərində Naxçıvan Muxtar
Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə istedadlı
qadınların əl işlərindən ibarət
satış-sərgi keçirilib.
Dövlət
komitəsinin sədri Ramilə Seyidova, İcra Hakimiyyətinin başçısı
Nurəddin Quliyev çıxış edərək
tədbirin əhəmiyyətindən söz
açıblar.
Vurğulanıb
ki, sərgi-satışın təşkil
edilməsində məqsəd bu rayon üzrə qadınların istedad və bacarıqlarını üzə
çıxarmaq, milli dəyərlərimizi,
adət-ənənələrimizi gənclərə
aşılamaqdır. Cari ildə muxtar respublikanın bütün
rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi
nəzərdə tutulub.
Sərgi-satışda
rayon üzrə 65 istedadlı
qadının 500-dən çox rəsm və
əl işinin satışı təşkil
olunub. Sulu və yağlı boya ilə
işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və
bir-birindən maraqlı dekorativ-tətbiqi sənət
nümunələri maraqla
qarşılanıb. İstedadlı xanımlardan Turanə
Baxşəliyeva, Elnarə Qəmbərova, Reyhanə Rəhimova
və başqaları qadınlara göstərilən
qayğıya görə minnətdarlıqlarını
bildiriblər.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.7.