“Olimpiya Oyunları yeniyetmələrin gözü ilə”
Sumqayıtda
rəsm sərgisi açılıb
Sumqayıtdakı
1 saylı Uşaq gənclər idman məktəbində "Olimpiya
Oyunları yeniyetmələrin gözü
ilə” adlı gənc rəssamların sərgisi keçirilib. Tədbir Sumqayıt Şəhər
Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı
ilə reallaşıb.
İdarənin
rəis əvəzi Mübariz Bəşirov
sərginin keçirilməsində əsas məqsədin Olimpiya Oyunlarının yeniyetmə və gənclər
arasında təbliğindən ibarət olduğunu
bildirib.
Prezident
təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi
və idman xadimi
Əhməddin Rəcəbli, Firdovsi
Ömərov və Afina Yay
Olimpiya Oyunlarının boks
idman növü
üzrə bürünc
mükafatçısı Fuad Aslanov Olimpiya Oyunlarında
idmançılarımızın uğurlarını diqqətə
çatdıraraq, rəsm sərgisində
əsərləri nümayiş olunan yeniyetmələri təbrik edib, onlara gələcək
fəaliyyətlərində uğurlar
arzulayıblar.
Sərgidə
15 gəncin 22 rəsmi nümayiş olunub. Sonda sərgi
iştirakçılarına fəxri fərman və hədiyyələr
təqdim olunub.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.7.