Monako jurnalında gənc azərbaycanlı
rəssam haqqında yazı
Aida Mahmudovanın hər əsəri
doğma Bakıya zərif nostalji
hislə işlənib
Monakoda
nəşr olunan məşhur “ARTHOUSE”
jurnalında istedadlı gənc rəssam Aida
Mahmudova haqqında yazı dərc edilib. Jurnalda rəssamın
bəzi əsərləri də yer
alıb.
Yazıda
Aida Mahmudovanın London
Sent-Martin İncəsənət və Dizayn Kollecini bitirdiyi qeyd olunur. Rəssamın fəaliyyət dairəsinin
geniş olduğu diqqətə
çatdırılır. Onun bir çox
instalyasiyaların, skulpturaların, foto və
tabloların müəllifi olduğu
vurğulanır.
Bildirilir
ki, rəssam üçün
başlıca yaradıcılıq ilhamı mənbəyi sanki keçmiş
haqqında xatirələrdir. Aida
Mahmudovanın hər əsəri doğma
şəhəri Bakıya sanki zərif nostalji hissi ilə işlənir.
Göz önündə daim
dəyişən şəhər mövzusu
da rəssamın
yaradıcılığında öz yerini tutur, məhz bu mövzu paytaxtın inkişaf edən şəhər peyzajı perspektivini müəyyən edir.
Qeyd
olunur ki, istedadlı rəssamın
heykəltəraşlıq instalyasiyaları və tabloları
Londonda “Here Today”, 55-ci və 56-cı Venesiya
biennalelərində, “Love Me,
Love Me Not”,
“Fly to Baku”,
Parisdə, Berlində, Moskvada, Romada keçirilən beynəlxalq sərgilərdə,
eləcə də Bakıda Müasir
İncəsənət Muzeyində (“Birləşən
körpülər” - “Merging Bridges”) nümayiş etdirilib.
Gənc
rəssamın sonuncu fərdi sərgisi “Elysium”un böyük
əks-səda doğurduğu, bu sərgidə onun əsrarəngiz
botanika bağı mühitini
yaratdığı bildirilir.
Aida
Mahmudovanın YARAT Müasir İncəsənət
Məkanının təsisçisi və bədii rəhbəri
olduğu, milli incəsənəti
ölkə daxilində və beynəlxalq səviyyədə
təbliğ etdiyi barədə oxuculara məlumat verilir.
Jurnalda,
həmçinin gənc rəssam Niyaz Nəcəfovla
müsahibə dərc olunub.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.8.