Xızıda
turizm klasterləri üzrə təlimlər
təşkil olunub
İyulun
27-də Xızıda “Gənc mədəniyyət
işçilərinin koordinasiya kreativ qrupu”nun
Xızı, Şabran və Siyəzən
rayonlarından olan 30 üzvü
“Turizm müəssisələrində mədəni
xidmətin təşkili” adlı təlimdə iştirak ediblər.
Növbəti
regional təlim Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı,
Azərbaycan Turizm və Menecment
Universitetinin işçi
heyətinin iştirakı ilə iki
müəssisə arasında imzalanmış anlaşma
memorandumuna əsasən gerçəkləşib.
Treninqi
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları
Nurəddin Babayev və Fərhad Abdulov, Azərbaycan Turizm və
Menecment Universitetindən Vüsalə Məmmədzadə
və Liana Abdullayeva
aparıblar. Tədbirdə Xızı Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Möhsün Bağırov iştirak
edib.
Tədbir
zamanı mədəniyyət müəssisələri tərəfindən
yerli və xarici
turistlərə mədəni xidmətin təşkili barədə
ətraflı bəhs edilib, gənc əməkdaşlar
arasında fikir mübadiləsi
aparılıb, mövzuya dair
təkliflər səsləndirilib.
Respublikanın
bütün bölgələrini əhatə
edəcək təlimlər bitdikdən sonra
növbəti mərhələdə gənc mədəniyyət
işçiləri ilə turizm müəssisələrinin
rəhbərləri arasında görüşlərin təşkili
nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara
sertifikatlar təqdim edilib. İştirakçılar üçün görkəmli şair Mikayıl Müşfiqin və böyük dramaturq Cəfər Cabbarlının ev-muzeylərinə
ziyarət təşkil
olunub.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.8.