İpək üzərində rəqs edən arzular

 Bacım peşəkar rəssamlıqla məşğul olurdu, bu sənəti ondan öyrənməyə başladım

Onunla Mədəniyyət Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının paytaxtın Fəvvarələr meydanının yaxınlığında təşkil etdiyi rəsm əsərlərinin satış-sərgisində tanış oldum. Stenddə sıralanan əsərlər özəlliyi ilə diqqətimi çəkmişdi. Onların hansı rəssama məxsus olduğunu xəbər alanda gənc bir oğlanBunların hamısı mənim əl işlərimdir”, - deyə cavab vermişdi. Bu istedadlı gənc ilə oxucuları da tanış etmək istəyirəm.

Elmar Məmmədzadə 1992-ci ildə Şəkidə dünyaya göz açıb. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsində təhsil alıb. Eyni zamanda Vaqif Mustafazadə adına 2 saylı Uşaq incəsənət məktəbinin fortepiano sinfini bitirib. Rəssamlıq, musiqi, kino sənəti ilə maraqlanan Elmar bir neçə ildir ki, qardaş Türkiyədə yaşayır. Əsas məşğuliyyətini rəssamlıq təşkil edir. Bu sənətdə onu digərlərindən fərqləndirən mühüm bir cəhət var. Bu da ipək üzərində akril boya ilə işləməsidir.

Prezident yanında Gənclər Fondu Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə bu il çapdan çıxan Azərbaycanın gənc bəstəkarlarına, şair rəssamlarına həsr olunmuşSəs... söz... rəng...” adlı kitabda Elmarın yaradıcılığına da yer verilib.

Qeyd edək ki, Azərbaycanda baş örtüklərinin moda dəfiləsində nümayişi bu il məhz Elmar Tünzalə Məmmədzadələr tərəfindən həyata keçirilib. Elmarla müsahibəmiz zamanı onun sənət dünyasına nəzər saldıq.

- Rəssamlığa marağınız necə yarandı?

- Uşaq vaxtlarımdan rəsmə böyük marağım var idi. Orta məktəbi bitirdikdən sonra daha ciddi şəkildə rəssamlıqla məşğul olmağa başladım. Böyük bacım Tünzalə 2008-ci ildə Dövlət Rəssamlıq Akademiyasının Memarlıq dizayn fakültəsini bitirib. Daha sonra Qərb Universitetində magistr Türkiyənin Mərmərə Universitetində doktorantura təhsili alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Peşəkar rəssamlıqla məşğul olduğu üçün mən ondan öyrənməyə başladım. Qeyd edim ki, bacım dekorativ-tətbiqi sənətlə təsviri sənəti sintez edərək şəffaf ipək üzərində rəsmlər işləyən ilk rəssamdır. Sonra isə mən onun yolunu davam etdirdim. Məndən başqa da tələbələri var. Hazırda satışa çıxarılan sərgilən əsərlər sırasında onun da əl işləri yer alır. Digər janrlardan çətin olsa da, maraqlı işdir. Bu bizim baş örtüklərinə bəzək vermək istəyimizi reallaşdırdı.

- Bəs məhsulları necə əldə edirsiniz?

- İpək Şəkidən gətirilir. Bir bir aydan çox müddətdə ərsəyə gəlir. İpək üzərində həddən artıq dəqiqlik tələb edir. Eskizlər işə uyğun olmalıdır. Adi bir ştrixin azca əyri alınması işi heç edir. Bu sahə maliyyə baxımından da baha başa gəlir.

- Sərgilərə necə, qatıla bilirsinizmi?

- Bəli, Türkiyədə, Fransada, Birləşmiş Ərəb Əmirliklərində sərgilərdə iştirak etmişəm. Əsərlərimin bir çoxu şəxsi kolleksiyalarda saxlanılır. Bir gənc olaraq bu mənim üçün çox önəmlidir.

- Musiqiyə bağlılığınız necə olub?

- Musiqi həyatımın bir parçasıdır. Təbii ki, incəsənətlə məşğul olan hər bir kəsin qəlbində musiqiyə sevgi var. Hələ məktəbdə təhsil aldığım müddətdə musiqilər bəstələməyə başladım. HəyatÜmidadlı kompozisiyalar da məhz bu sevgidən yarandı. Beş yeni kompozisiyam hazırdır. Onları aranjimandan sonra ictimaiyyətə təqdim edəcəyəm.

- Kino sahəsində özünüzü sınayırsınız...

- Sentyabr ayında yeni filmin çəkilişlərinə başlayacağıq. Türkiyədə isə aktyor kimi iki teleserialda iştirak etmişəm. May ayında Türkiyədən daha bir təklif gəldi. Bakıya gəldiyim üçün həmin dəvəti qəbul edə bilmədim. SentyabrdaAzərbaycan 1838-ci ildəadlı tarixi bir film çəkməyi planlaşdırıram. Filmin ssenarisi özümə məxsusdur. Bu ekran işini ərsəyə gətirməkdə məqsədim vətənimizin tarixini kino vasitəsilə gənclərimizə çatdırmaqdır.

- Həm Türkiyədə ikinci təhsil alırsınız...

- Bəli, Türkiyədə memarlıq üzrə təhsilimi davam etdirirəm. Bu ilin may ayından Bakıdayam. Təhsilimi fəaliyyətimi davam etdirmək üçün sentyabrda yenidən qardaş ölkəyə qayıdacağam. Orada rəsm əsərlərimə böyük maraq var. Türkiyədə rəssamlıq biznes işlərimi davam etdirmək, sənət aləmində arzuladığım layihələri reallaşdırmaq istəyirəm.

Deyirlər, insan bəzən öz xəyallarının rəssamı olur. Bəlkə Elmar da ərsəyə gətirdiyi əsərlərdə öz xəyallarının gerçəkliyini axtarır... Musiqini, rəngi, sözü, kinonu, bir sözlə, incəsənətin ən incə məqamlarını öz yaradıcılığında bir araya gətirən bu yolda böyük nailiyyətlərə can atan gənc rəssama fəaliyyətində uğurlar diləyirik.

 

Lalə Azəri

Mədəniyyət.- 2016.- 29 iyul.- S.10.