Milli Qəhrəman haqqında sənədli
filmin təqdimatı
Qəbələ
rayonundakı N saylı hərbi hissədə Azərbaycanın
Milli Qəhrəmanı, şəhid batalyon komandiri, mayor Əliyar Əliyev (1957-1992) haqqında “Yaddaş” studiyasında çəkilmiş “Pəhləvan
komandir” sənədli filminin
(rejissor - Nizami Abbas) təqdimatı olub.
Milli
Qəhrəmanın həyat və döyüş
yoluna həsr edilmiş
“Dağlar oğlu”
kitabının müəllifi, yazıçı-publisist
Hacı Nərimanoğlu çıxış edərək igid komandir, məşqçi
və güləşçi, idman
ustası Əliyar Əliyev haqqında xatirələrini
danışıb.
Qeyd
olunub ki, Qubadlı rayonunda anadan olan Əliyar Əliyevin 1991-1992-ci illərdə
doğma rayonuna Ermənistan
tərəfdən hücumların qarşısının
alınmasında böyük şücaət
göstərib. O, rayonda
tanınmış idmançı, pəhləvan, Könüllü Bədən Tərbiyəsi
və İdman Cəmiyyəti rayon şurasının sədri idi, başçılıq etdiyi
könüllülər taborunun əksər
üzvləri də idmançı gənclərdən ibarət
idi. İgid komandir 1992-ci il
oktyabrın 3-də Laçın uğrunda
döyüşlərdə (“Tikanlı zəmi” yüksəkliyi)
həlak olub.
Filmin
nümayişindən sonra
çıxış edən əsgər və zabitlər
Əliyar Əliyev kimi qəhrəmanları
özlərinə örnək saydıqlarını, belə
tədbirlərin hərbi-vətənpərvərlik, mənəvi
ruhun gücləndirilməsində mühüm rolundan
danışıblar.
Hərbi
hissə komandanlığı tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan
Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü
bildirib.
“Pəhləvan
komandir” adlı sənədli filmin diskləri və “Dağlar
oğlu” kitabının nüsxələri
hərbi hissənin kitabxanasına, əsgər və zabitlərə
hədiyyə edilib.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.10.