Azsaylı
xalqların mədəni irsindən söz
açılıb
Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyində
bölgədə yaşayan azsaylı
xalqların mədəni irsinə həsr olunmuş
dəyirmi masa təşkil olunub. “Multikulturalizm ili” çərçivəsində
keçirilən tədbirdə azsaylı xalqların tarixi-mədəni
irsinə, etnoqrafiyasına dair eksponatlar haqqında geniş
məlumat verilib.
Sonra
etnoqrafiya zalında ləzgi
qadınların hazırladığı corablar,
məfrəşlər, xurcunlar tədbir
iştirakçılarına təqdim olunub.
Rayonda yaşayan
azsaylı xalqların tarixinin, məişətinin,
qədim adət-ənənələrinin bundan
sonra da təbliğ
olunacağı diqqətə çatdırılıb.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.11.