Naxçıvanda
tanınmış animasiya rəssamının
“Tartoniya aləmi” sərgisi
açılıb
İyulun
26-da Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin Bəhruz Kəngərli adına
sərgi salonunda Türkiyədə yaşayan soydaşımız, animasiya
rəssamı Elçin Orucovun
“Tartoniya aləmi” adlı sərgisi
açılıb.
Tədbirdə
Naxçıvan MR Rəssamlar Birliyinin sədri
Ülviyyə Həmzəyeva çıxış edərək
Elçin Orucovun animasiya yaradıcılığından
danışıb.
Bildirilib
ki, 20 ildən artıq Ukraynada,
2013-cü ildən isə Türkiyənin İzmir
şəhərində yaşayan Elçin Orucov əslən
naxçıvanlıdır və animasiya
sahəsində uğurlu fəaliyyət
göstərir. Rəssam soydaşımızın adı
yaratdığı animasiya
personajlarının (tartoniyalar)
sayının çoxluğuna görə
“Ginnesin rekordlar kitabı”na
düşüb.
Daha
sonra rəssam Elçin
Orucov çıxış edərək tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib, müəllifi olduğu
animasiya personajları haqqında sənətsevərlərə
geniş bilgi verib.
Qeyd
edib ki, “Tartoniya” pozitiv konsepsiyalı
bir animasiya layihəsidir.
Biz ssenarilərimizlə uşaqlara
bağışlamağı, sevməyi, dostluğu,
gücsüzləri müdafiə etməyi, böyüklərə
hörməti, valideynlərin sözünə qulaq
asmağı və başqa insani dəyərləri öyrədirik. Uşaq dünyasının problemlərini
tartoniklərin dili ilə həll etməyə
çalışırıq. Tartoniklər uşağı da, böyüyü də
cəlb edir.
Sonda Elçin Orucovun animasiya filmi nümayiş etdirilib.
“Tartoniya aləmi” sərgisi bir həftə davam edəcək.
Soltan
Mədəniyyət.- 2016.- 29 iyul.- S.12.