Əsgər
ağa Goraninin məqbərəsi
təmir olunub
Gələn
il görkəmli maarifçi,
publisist və teatr xadiminin 160 illiyi qeyd ediləcək
Milli
mətbuatımızın banisi Həsən
bəy Zərdabinin "Əkinçi" qəzeti ilə
bağlı çalışmalarında ona
yaxından kömək göstərmiş, sonralar
da qəzetlə mütəmadi əməkdaşlıq
etmiş Əsgər ağa
Adıgözəlovun (Gorani, 1857-1910) Gəncənin
Səbzikar qəbiristanlığında
yerləşən məqbərəsi Milli
mətbuat günü ərəfəsində
təmir və bərpa edilib.
Gələn
il may ayında anadan olmasının 160 ili
tamam olacaq görkəmli
maarifçinin məqbərəsinin təmir-bərpası
onun yubileyinə layiqli
töhfədir.
Sərdabənin
təmiri zamanı onun üzərində
Əsgər Adıgözəlov Goraninin barelyefi yerləşdirilib, içəridə
isə ümummilli lider
Heydər Əliyevin bu xalq
fədaisi, ilk milli
teatrımızın yaradıcılarından biri,
"Hacı Qara"nın ilk
ifaçısı Əsgər Adıgözəlov
haqqında sözləri, onun
qısa tərcümeyi-halı və xeyriyyəçilik fəaliyyəti
barədə Tiflisdə çıxan qəzetlərdən birinin məqaləsindən parça
həkk olunmuş lövhələr yerləşdirilib.
Əsgər
ağa Adıgözəlovun 160 illiyi münasibətilə "Qaranlıqdan
işığa" adlı kitab
işıq üzü görüb,
"Babasının nəvəsi" adlı bədii-sənədli
filmin çəkilişlərinə
başlanılıb.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.15.