İsmayıllıdakı
Qız qalasının tədqiq olunmasına ehtiyac
var
Qız
qalaları Azərbaycan ərazisində geniş
yayılmış tarixi tikililərdəndir.
Bu adda qalalar
Bakı, İsmayıllı, Şəki, Şamaxı, Qəbələ,
Oğuz, Qazax,
Yardımlı, Gədəbəy, Naxçıvan Muxtar Respublikası və Qarabağ
ərazisində mövcuddur.
İsmayıllı
rayonu ərazisindəki Qız qalası Xənəyə
(Xanəgah) kəndindən şimalda, Axox çayının sağ
sahilində, hündür qayanın
üstündə yerləşir. Ümumi
sahəsi 1,5 hektar olan
qala üç -
şərq, şimal-şərq və cənub-şərqdən
sıldırım qayaların, qərb tərəfdən isə
Qarasu dərəsinin əhatəsindədir.
Qalaya yeganə yol Qarasu dərəsi ilə qalxır. Bu yerlər də yonulmamış çay daşı və kirəc məhlulundan
inşa edilən xüsusi
müdafiə divarı ilə möhkəmləndirilib.
Xanəgahdakı
Qız qalasında kəşfiyyat xarakterli
tədqiqatlar ötən əsrin 60-cı illərində
aparılıb. Tikinti materiallarının
qalıqları ilə sonrakı dövrə aid
bərpa elementləri arasındakı fərqlilik nəzərə
alınmaqla, qalanın IX-XI əsrlərdə tikildiyi
güman edilir. Arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyev qalanın tikilmə tarixinin VII-VIII əsrlərə aid olduğu qənaətindədir.
Xalq
arasında qız qalaları barədə bir-birindən fərqli
çoxlu əfsanələr
yayılıb. Əlbəttə, bu
qalaların hamısı istinasız olaraq
müdafiə qalalarıdır. Gələcək kompleks tədqiqatlar Azərbaycanın sirli xəzinələri olan
bu cür tikililər
barədə, o cümlədən
İsmayıllıdakı Qız qalası haqda
tarixi həqiqətləri üzə
çıxaracaq.
Mədəniyyət.- 2016.- 29 iyul.- S.15.