Ukraynalı rəssam yeni 3D “street-art” tablosunu Bakıda yaradıb

Tablo sentyabrda paytaxtımızda keçiriləcək Dünya Şahmat Olimpiadasına həsr olunub

Ukraynada 3D “street-art” (“küçə incəsənəti”) sənətinin yaradıcılarından biri, tanınmış rəssam olan Aleks Maksimov Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə paytaxtımızdadır.

1990-cı ildən “street-art”la məşğul olan, Almaniya, İtaliya Rusiyada keçirilən festivalların qalibi laureatı olan rəssam Bakı Şahmat Olimpiadasına həsr olunan əsəri üç günə hazırlayıb. Dənizkənarı Milli Parkda hazırlanan 3D “street-art” tablosu paytaxt sakinləri şəhərimizin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Ölkəmizə növbəti dəfə səfər etdiyini bildirən rəssam deyib: “Sentyabrda Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadasına dəstək olmaq məqsədilə bu əsəri hazırladım. Rəsmdə yarışın keçiriləcəyi məkan - “Baku Crystal Hall”, həmçininAmerikan təpəcikləriüzərində şahmat lövhəsi yer alıb. Əsərdə sanki şahmat lövhəsiAmerikan təpəcikləriüzərindən gələrəkBakı Crystal Hall”a daxil olur. Xəzər dənizi isə əsərə başqa bir gözəllik qatır. Ümid edirəm ki, Bakının sakinləri qonaqları bu rəsmə böyük maraq göstərəcəklər. Rəsm 3D formatında olduğu üçün reallığı əks etdirir”.

Azərbaycanda ikinci əsərini hazırladığını bildirən ukraynalı rəssam ilk dəfə Bakıda iki əvvəl Qız qalası yaxınlığında rəsm çəkdiyini diqqətə çatdırıb. Bildirib ki, həmin əsər Bakıda ilk “street-art” rəsmi idi.

Qeyd edək ki, sentyabrın 1-dən 14-dək davam edəcək 42-ci Dünya Şahmat Olimpiadası “Crystal Hall”da keçiriləcək. Olimpiadada 170-dən çox ölkədən 2200-dən artıq şahmatçı mübarizə aparacaq. Ümumilikdə tədbirə gələcək iştirakçılar, rəsmilər, qonaqların sayı 3 minə yaxın olacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.16.