Xalq Şairi Fikrət
Qoca Dövlət Mükafatına layiq görüldü
Prezident
İlham Əliyev 2016-cı il üçün Azərbaycan
Respublikasının elm və ədəbiyyat sahələrində
Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamla
2016-cı il üçün elm və ədəbiyyat sahələrində
Azərbaycan Respublikasının Dövlət
Mükafatlarına layiq görülənlər
sırasında Azərbaycan Yazıçılar Birliyinin
Birinci katibi, Xalq şairi Fikrət Qoca da var.
Şair
"Seçilmiş əsərləri" oncildlik
kitabına görə Ədəbiyyat üzrə Dövlət
Mükafatına layiq görülüb.
525-ci qəzet.- 2016.- 1 iyun.- S.7.