“Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya”

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan-Rusiya” kitabçası işıq üzü görüb.

Nəşrə səfirin 2015-ci il dekabrın 14-dən etibarən Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində oxuduğu, multikulturalizmmüasir dünyada mədəniyyətlərin beynəlxalq dialoqu problemlərinə həsr olunan mühazirələrin materialları daxil edilib. Müəllif dövlət-siyasi quruluşların xüsusiyyətləri, Azərbaycanın sosialiqtisadi siyasəti, ölkənin dinietnik müxtəlifliyini nəzərdən keçirir, Rusiya və Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığına xüsusi diqqət yetirir.

Kitabça müəllimlər, aspirantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Polad Bülbüloğlu Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti ilə çoxdan əməkdaşlıq edir, universitetin təşkil etdiyi illik elmi-humanitar forum olan “Beynəlxalq Lixaçov elmi qiraəti”nin iştirakçısıdır.

Azərbaycan səfirinin mühazirələri universitetin Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Mədəniyyətlərin beynəlxalq dialoqudiplomatik oxu proqramı çərçivəsində keçirilib.

 

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.2