Euronewstelekanalı ilə əməkdaşlıq davam etdirilir

 

 

Mədəniyyət Turizm Nazirliyi son bir neçə ildə dünyanın ən məşhur xəbər kanallarından olanEuronewskanalı ilə uğurlu əməkdaşlıq aparır. Əməkdaşlıq bu kanalda təkcə ölkəmizin turizm mədəniyyət potensialının təbliği ilə məhdudlaşmır.

Euronewskanalında reklam çarxlarının nümayişi ilə yanaşı “Postcards”, “Le Mag “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunur, habelə euronews.com saytında müvafiq elektron banner kampaniyaları təşkil olunur.

“Postcards” proqramının Bakıdakı Alov qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb. Buraxılışda bu yeni tikilinin adının dizaynının ölkənin qədim təsviri olanOdlar yurduilə bağlı olduğu bildirilir, möhtəşəm kompleks barədə məlumat verilir.

Həmçinin 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı “Focus” proqramının xüsusi buraxılışı efirə gedib.

Bu il ərzində “Postcards” proqramının İçərişəhər, Xınalıqda piyada yürüş (trekking) çay mədəniyyətinə dair buraxılışlarının hazırlanması nəzərdə tutulur.

Beləliklə, dünyanın 150-dək ölkəsində 300 milyondan çox auditoriyaya malik olanEuronews” kanalı ilə əməkdaşlığın əsas məqsədi təkcə Azərbaycan üçün kanalların auditoriyasını turist qismində cəlb etmək deyil, həmçinin xarici vətəndaşları ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları, o cümlədən iqtisadi və mədəni həyatın inkişafı ilə bağlı məlumatlandırmaqdır.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.8