İtaliya jurnalı Azərbaycan
haqqında
İtaliyanın “FEM” jurnalında jurnalist Lukretsiya Ferrantenin “Bakı - gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər” adlı məqaləsi dərc edilib. Məqalədə müəllif ölkəmiz, onun mədəniyyəti, mətbəxi, yerləşdiyi coğrafiya, tarixi, iqtisadi inkişafı və potensialı barədə məlumat verir, Bakının və ümumiyyətlə, Azərbaycanın turizm imkanlarından bəhs edir. Ölkədə yaradılmış turizm infrastrukturu, birinci Avropa Oyunları və Milan EXPO-dakı pavilyonumuzun yüksək səviyyədə təşkil olunduğu vurğulanır və yaxın günlərdə “Formula 1” Avropa Qran-prisinin paytaxtımızda keçirilməsinin növbəti əlamətdar hadisə olacağı qeyd edilir.
Məqalədə ölkəmizin
regionlarının turizm imkanlarına da yer verən müəllif
italiyalı turistlərə “Şahdağ”
və “Tufandağ” dağ-xizək kompleksləri,
Qubada, Qəbələdə, Gəncədə
və Şəkidə yaradılmış turizm
infrastrukturu və imkanları barədə
məlumat verir, bu yerləri
ziyarət etməyi tövsiyə edir.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.9