ATMU-nun turizm nəşrləri
Azərbaycan Turizm və Menecment Universitetinin elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti sayı çapdan çıxıb. Jurnala ATMU-nun Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə keçirdiyi “Regional turizmin davamlı inkişaf prioritetləri” beynəlxalq elmi-praktik konfransının materialları daxil edilib.
Məqalələrdə turizm potensialının yüksəldilməsinə təsir edən faktorlar analiz olunub, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin iqtisadi təhlili aparılıb, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq edilib. Jurnalda Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan və Ukraynadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmi və s. mövzularda araşdırma məqalələri də yer alıb.
ATMU-nun “Turizm
və qonaqpərvərlik tədqiqatları” jurnalının əlavəsi
- “Xüsusi buraxılış”ı da nəşr olunub. Hər
il olduğu kimi, bu il
də jurnalın əlavəsi magistr tədqiqatlarının
nəticələrinin yayılması üçün
nəzərdə tutulub. Topluda alternativ
turizm və onun inkişaf yolları, turizmin
inkişafında reklamın rolu, turizmdə
marketinq və tədqiqat
metodlarının tətbiqi, Azərbaycanın tarixi-mədəni
turizm ehtiyatları, tarixi-mədəni abidələrin
turizmin inkişafına təsiri və digər
mövzularda 30 məqalə verilib.
Mədəniyyət .- 2016.- 1 iyun.-
S.9