SƏSin Zülfü odası

 

 

Dünya musiqilərinin “muğam gözəlliyi”ndə Zülfü Adıgözəlov sədası...

 

Dünya, musiqi, gözəllik kimi kəlmələrdən söz düşmüşkən, ad ladı da poetik səslənən Henrix Heynenin bir frazasını xatırlayaq: “Ölüm həyatın, musiqi isə sənətin son sözüdür”.

O əcnəbi ədibin bu sözlərinə şübhəniz yoxdursa, bu doğma xanəndəmizin bir neçə “son sözü bəri başdan (hə, söz-qələm vasitəsilə!) dinləyək: “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”...

Öncə, bax bu saat mənim dinlədiyimi dinləyin:

“İpəkdir, qumaşdır sən işlədiyin...”

Onun bu ifasını ilk dəfə lap çoxdan eşitmişəm. Avtobusla Bakıdan rayonumuza gedərkən. Radiodan dalğalanırdı. DiktorMuğamat konserti”nə başlayırıq deyib, ardınca elan edəndə ki; “Oxuyur respublikanın Əməkdar artisti Zülfü Adıgözəlov”, yanımda əyləşmiş bir cavan oğlan, diktor xanımın qarasına müraciətən dedi: “Aaz, əməkdar artist yox e, deginənAləmdar kişi”! Bu uzun yol boyu məndən arxa sırada dinməz-söyləməz oturmuş qocalardan birinin isə çiçəyi çırtladı: “Həə, mənim yol yoldaşım gəldi!”

Muğamın ilk rəngi səslənən məqamlarda başqalarıda nələrsə deyib-danışdılar birdən hamı susdu. Nədən ki, “aləmdar kişiöz təkrarsızZabul”undaYarın xəncəridir gümüşlədiyin, Hərdən acıqlanıb o dişlədiyin - Qızarmış dodağın olaydım, ay qızhekayətini hədsiz bir zalım-zabulluqla ərz edirdi...

Bu muğamın ən segahi, səsin isə ən yur-yuxa məqamında, bu qədər sərnişin içində o səsi yeganə yol yoldaşı hesab edən o kişi dediYaxşı ki, Allah saa çox zil səs vermiyib, yoxsa bizi öldürüb ölümüzü atardın!”

 

Təkrarsız pəsxan”...

 

Bu, bəndənizin yox, möhtərəm musiqi mütəxəssislərinin qənaətidir. Bəs mən özüm belə bir əlavə həvəsindəyəm ki, bupəsxanifadəsinin özü , rəhmətliyin öz səs-sədası kimi, çox gözəl səslənir! Ümumiyyətcə, Zülfü Adıgözəlov xanəli fikir-zikrdə çox söz maza-mata minir. Məsələn, “hali-nalə”, “nikbin ağı”, “zığlı səs”, “bədii üyültü”... Hətta, əsasən, “trafaret”liyilə seçilən vikipediya materiallarında onunla bağlı qeydlər belə, adama şirin gəlir: “Zülfü Səməd oğlu Adıgözəlov - Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif xalq mahnılarının təfsirçisi təbliğatçısı, Azərbaycanın Əməkdar artisti...” Onun bəstəkar Vasif Adıgözəlovun atası, dirijor Yalçın Adıgözəlovun babası olması məlumatı isə, vikipediya müdaxiləsi olmadan da bəlli.

Bu bənzərsiz xanəndənin tərcümeyi-haldəsgah”ı da öz ruhi-rəng zəngulələrinə bənzər...

1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olub. Orada - “ şamlı axşamlardakeçirilən muğam axşamlarının birində iştirak edən bir üst Ustad -“dövrün səs-səda mülkünün şəriksiz sahibiCabbar Qaryağdıoğlu bu gənci dinməzcə dinləyir, dinməzcənə bir xeyli üzünə baxıb: “Qavalını götürüb gələrsən Bakıya!” - deyir sürəkli alqış səs-küyləri səbəbilə, dinməzcə məclisi tərk edir.

Bu dəvətlə bir neçə yol Bakıya gəlib-qayıdan Zülfü 1927-ci ildə birdəfəlik bu şəhərə köçür, o vaxtlarMüdafiə eviadlanan indiki Filarmoniyada işləməkçün Ü.Hacıbəyov, Q,Pirimov, M.Maqomayev kimi azmanlar qarşısında imtahan verməli olur, bir xeyli müddət radio verilişləri komitəsinə işləyir.

Amma harada olması, işləməsi, başqa nələr etməsindən asılı olmayaraq, onun əsil bənzərsiz tərcümeyi-halını hər birinə yeni can-qan verdiyi muğamlar, təzə-tər nəfəs üslubla şirələndirdiyi təsniflər yazırdı. O, bunları səsi ilə yazdıqca, başqaları qələmlə yazırdılar: “Bu sənətkar öz yeni səs ifa tembri ilə klassik şairlərimizin ulu beytlərini daha da qədimiləşdirir, “köhnəqəzəllərə yeni gözəlliklər aşılayır”. Zülfü Adıgözəlov muğam dəstgahlarını bu üslubda tam şəkildə oxumaqla, həm bəm orta tessiturada özünəməxsus oxuma məktəbi yaratmaqdadır”.Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Tələt Qasımov başqaları daha çox, Zülfü Adıgözəlov məktəbinin davamçılarıdır”...

O vaxtdan-bu vaxta bütün musiqi mütəxəssislərimiz bu xanəndənin müxtəlif çağlarda lentə qrammofon vallarına yazdırdığı muğam dəstgahlarını, bir sıra təsniflərini, “Qaçaq Nəbi”, “Mən gedirəm Zəngilana”, “Dedim bir busə ver”, “Kəklik başqa bu qəbil xalq mahnılarını Azərbaycan musiqi xəzinəsinin inciləri kimi dəyərləndirirlər. Vurğulayırlar ki, qədim klassik muğam, təsnif xalq mahnılarımızı - onların ənənəvi forma quruluşunu, cövhərlərindəki qədimiliyi saxlamaqla, ən yeni üsul-üslub, özünəməxsus nəfəs, dəst-xəttilə ifa edən məhz Zülfü Adıgözəlovdur. Bu mənada, görkəmli şərqşünas publisist Rafael Hüseynovun xanəndənin ifaçılıq məziyyətləri barədə dedikləri maraqlıdır: “Zülfü Adıgözəlov muğamların labirintlərinə kamilliklə bələd idi. O, bir muğamın qapısından girib ifaya başlar, ruhunu incitmədən, səsləniş rəvanlığına xələl gətirmədən növbəti guşəyə keçib asudəcə cövlan edər, sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi...”

Onun vurğun-araşdırıcılarından olan başqa bir müəllif yazır ki, Zülfü Adıgözəlov muğam dəstgahlarının ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikro makrosilsilələr şəklində müstəqil təfsirlər toplusu yaradırdı...

Bəli, biz oxucu-dinləyicilər onun butəfsirlərihaqda səs-sənət bilicilərinin bu kimi təsvirlərinin həqiqiliyinə hərdən efir-ekranlardan eşitdiyimizƏraq-Pəncgah”, “Hasar-müxalif”, “Vilayəti-Dilkeşkimi gözəl örnəklərdən, “Bakılılar”, “Səbuhifilmlərindəki kadrarxası sədalardan da şahidlənmişik.

Deyirlər, çoxnövlü incəsənətin ayrı-ayrı janrları həm çoxsaylı sənətkarlardan hər birinin özünüifadə formalarıdır. Amma bu, tək elə həmin növ janrların sadəcə vəhyi- ahəngini duymaqla başa yetməz. Bununçün hər maddi ucadan qəlbi olan Qəlb, Tanrı baratı olan ruh, istedad, gen bütün bunları yönləndirə biləsi qabiliyyət gərək...

“Gen” sözünü söylərkən, bu bütöv bir xalq səs-nəfəsli sənətkarın oğlu - çağımızın ünlü bəstəkarı mərhum Vasif Adıgözəlovun nəvəsi - musiqi ictimaiyyəti içrə öz şəxsiyyət nüfuzu ilə seçilən maestro Yalçın Adıgözəlovun adlarını bir daha xatırlatmamaq qeyri-mümkün...

Nəhayət, əsil sənət genli bu nəslin keçənlərinə - təkrarsız xanəndə babaya bəstəkar ataya qəni-qəni rəhmət, qalanlarına - büsbütün orijinal dirijor varisə yeni-yeni şan-şöhrət!..

 

Tahir Abbaslı

Mədəniyyət .- 2016.- 1 iyun.- S.10