Samuxda “Əbədi ezamiyyət” filmi nümayiş olunub
Samux rayonundakı Heydər Əliyev Mərkəzində Respublika Günü münasibətilə “Əbədi ezamiyyət” filminin təqdimatı olub. Mərkəzin direktoru Aygün Həsənzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışıb. Mərkəzlə əməkdaşlıq edən bir neçə məktəb direktoru, müəllim və istedadlı gənclərə diplom və hədiyyələr təqdim olunub.
Sonra “Əbədi ezamiyyət”
filmi nümayiş olunub. Xalq Cümhuriyyəti
parlamentinin sədri Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi ilə
Paris Sülh
Konfransına ezam olunmuş
nümayəndə heyətinin keşməkeşli taleyindən
bəhs edən film maraqla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 1 iyun.-
S.13