Milli Kitabxanadan oxucularına yeni töhfə
Azərbaycan Milli Kitabxanası
universal və zəngin
fondu, xidmətin keyfiyyəti ilə istifadəçilərin üzünə
açıqdır və
öz işini dünyanın aparıcı
kitabxanalarının iş
təcrübəsinə əsaslanaraq
müasir, modern səviyyədə
qurmağa nail olub. Milli Kitabxana hər il
çoxlu sayda biblioqrafik və metodik vəsaitlər, informasiya göstəriciləri,
məlumat nəşrləri
hazırlayıb kitabxana
ictimaiyyətinə və
oxucularına təqdim
edir.
Belə nəşrlərdən biri
bugünlərdə çapdan
çıxan “Oxuculara
xidmətin əsas istiqamətləri, innovativ
yeniliklərin tətbiqi
təcrübəsi” kitabıdır. Kitab xidmət
işləri üzrə
direktor müavini, Oxuculara xidmət şöbəsinin müdiri,
Əməkdar mədəniyyət
işçisi Ədibə
İsmayılova tərəfindən
Milli Kitabxananın təcrübəsi əsasında
tərtib edilib. Nəşrin
redaktoru Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət
işçisi Kərim
Tahirovdur.
Kitabxana-informasiya mütəxəssisləri, eləcə də geniş oxucu auditoriyası üçün
nəzərdə tutulan
kitabda Milli Kitabxanada informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi,
elektron resursların formalaşdırılması, elektron
kitabxana, elektron kataloq, elektron məlumat bazaları, mikrofilmləşdirmə, retrokonversiya,
rəqəmsallaşdırma haqqında məlumat verilir, virtual xidmət növlərindən bəhs
edilir.
Bundan başqa,
müəllif kitabda oxucuların qeydiyyatı prosesinə toxunur, elektron biletin hazırlanması, kitab verilişi prosesinin avtomatlaşdırılması - kitab fondunda onlayn sifarişin qəbulu və mobil kitab rəfləri
haqqında informasiyanı
oxucularına təqdim
edir.
Aygün Hacıyeva
Azərbaycan Milli
Kitabxanasının Kitabxanaşünaslıq elmi
tədqiqat şöbəsinin müdiri
Mədəniyyət.- 2016.- 1 iyun.-
S.15