Naxçıvanın “İslam mədəniyyəti paytaxtı”
elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 2-də Naxçıvan
şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin
paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması
haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatına
üzv dövlətlərin
mədəniyyət nazirlərinin
2009-cu ilin oktyabrında
Bakıda keçirilən
VI konfransında Naxçıvan
şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin
paytaxtı” elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası
dialoqa mühüm töhfələr verən
Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi
irsə yüksək qiymətin təzahürüdür.
Tarixən Yaxın və
Orta Şərqin əzəmətli şəhərlərindən
biri kimi Naxçıvan bütün
böyük keçmişi
ərzində İslam
mədəniyyətinin çoxəsrlik
nailiyyətlərinin layiqincə
qorunub yaşadılmasında
özünəməxsus rol
oynamışdır.
Sərəncama əsasən, Naxçıvan
şəhərinin 2018-ci il üçün “İslam mədəniyyəti
paytaxtı” seçilməsi
ilə bağlı tədbirlərin lazımi
səviyyədə keçirilməsini
təmin etmək məqsədilə Təşkilat
Komitəsi yaradılıb.
Təşkilat Komitəsinin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, sədr müavini mədəniyyət və turizm naziri, İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Əbülfəs Qarayevdir. Təşkilat Komitəsinə əlaqədar dövlət qurumları və təşkilatların nümayəndələri daxildir.
Təşkilat Komitəsinə müvafiq
tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etmək
tapşırılıb.
Mədəniyyət.- 2016.- 3 iyun.-
S.2.